Gönderi

179 syf.
·
Puan vermedi
Bu təhlil kitabı oxuyub bitirmişlər üçün nəzərdə tutulub. Məncə, əsər boyunca iki sual verilir. Bəlkə də, cavab axtarılmır ha, ancaq bu suallar verilir: 1. İnsan günahkardırmı? 2. Cəmiyyət pisdir deyə yalnızlıq yaxşıdırmı? Və ya cəmiyyətin pis olması yalnızlığın yaxşı olduğuna dəlalət edirmi? Əsəri danışan personajın ümumi sərgüzəştinə baxdıqda birinci suala əslində bu sualın elə də mühüm sual olmadığı kimi cavab verilmiş saya bilərik: İnsan günahkar olursa olsun da, nə olsun? İnsan olmaq günahkar ola bilmək deyilmi ki elə? Əsərdəki dostluqlar haqda düşünəndə isə bu ayrı-ayrı fərdlərin cəmiyyətin, insanların ayrı-ayrı formalarda təzahür edən təzyiqlərindən qaçıb, cəmiyyətdən sürgün olub yalnızlaşdığı və əslində ortaq xüsusiyyətlərinin yalnız olmaları olduğu kimi bir fikir ağlıma gəldi. Yəni onları yalnızlıqlarından yalnızlıqları qurtardı. Nəticədə, bəli, cəmiyyət o qədər pisdir ki, tabe olmayan, itaət etməyən, üsyan eləyən, baş qaldıranlar ondan sürgün olmağa məhkumdur. Bu sürgünlə başa çıxmanın, cəmiyyətin günahlarına görə ondan intiqam almaq üçün özünü oda-alova atmamağın, özünü bu yalnızlıqda məhv etməməyin tək yolu isə ayrı-ayrı fərdlərin günahlarından keçmək, bağışlamaqdır. Elə əsəri danışan personaj özü də anasını bağışlayana kimi sürgündən qayıda bilmədi, deyilmi? Və əgər əsəri danışan personajın bütün sərgüzəştinin mahiyyətini bir cümlə ilə ifadə etməyə çalışsam, belə deyərdim: Küsüb getməli idi ki, barışıb qayıtsın.
Sürgün
SürgünAytuğ Akdoğan · Epsilon Yayınları · 2016336 okunma
·
283 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.