Gönderi

447 syf.
10/10 puan verdi
·
15 günde okudu
Tərsinə Addımlayan Kölgələr - Elə kitabı satın alıb, oxumağıma kitabın adının çox maraqlı olması, həmçinin, Başla* nəşriyyatının çox maraqlı bir dizaynla kitabı yenidən nəşr etmiş olması və kitabın üz qabığının da sadə və estetik olması təsir etdi. Qaraqan - “A” romanını saymazsaq, bu kitab bir azərbaycanlı yazıçıya aid oxuduğum ilk kitab idi. Əsərdə namus üstündə həbsə atılan Gizir adlı bir şəxsin həbsdən çıxmasından sonra baş verən hadisələrdən danışılır. Ancaq eyni zamanda da, burada məhbusların düşüncələri, psixoloji durumu ilə bağlı da bəhs olunur. Kitabın ilk hissələri çox maraqlı olsa da, bəzi şeylər var idi ki, bunlar bir az qarışıqlığa səbəb olurdu: 1. Kitabın 1979-82-ci illərdə yazıldığını nəzərə alaraq, artıq o zamanlar istifadə edilən sözlərdən bəzilərinin artıq günümüzdə sıradan çıxması və yeniləri ilə əvəz olunması nəticəsində, kitabdakı bəzi sözləri anlamaqda çətinlik çəkirdim. 2. Dialoqlar daxilində dialoqlar, təsvirlərin bəzən çox olması çətinlik yaratmışdı. Nəysə ki, səbirli olmağa çalışdım və kitabın davamında hadisələri daha yaxşı şəkildə anladım. Eyni zamanda yuxarıda da dediyim kimi, kitabda insanların psixoloji durumu barədə bəhs olunur və bu nəzərə də çarpır. Həmçinin, bir az fəlsəfi fikirlər də mövcud idi. Bunu daha çox sevdim. Kitabın ortalarına və sonuna yaxınlaşdıqca artıq təsvirlər azalmağa başlayırdı. Kitabın mövzusuna yenidən qayıtsaq, hadisələr bir az günümüz Azərbaycan hakimiyyəti ilə bənzərlik təşkil edə bilər (mən belə düşünürəm). Rayon rəhbərinin rayon əhalisi ilə olan münasibəti, yəni əhalisini önəmsəməməsi, bu rəhbərin və onun yaxın adamlarının, əlaltılarının eşqbazlığı, arvadbazlığı, baş verən bir çox cinayət və oğurluq hadisələri - bunların hamısı rayonun geriliyinə səbəb olurdu. Həbsdən qayıdan Gizir isə insanların gözündə qorxulu birinə çevrilir, həm də hörmətli.. təbii ki, başqa hadisələr də baş verdiyi üçün rayon rəhbəri və yaxınları da Gizirin bütün istəklərini yerinə yetirməyə məcbur olur ki, Gizirin də məqsədi rayonun kənd təsərrüfatını yenidən dirçəltməyə çalışması idi (Əslində, dəqiq bilmirəm, rayon, ya da kənd olmalıdır)). Bir çox cinayətlər, intiharlar baş verirdi, hətta əsərə sonradan daxil olan orqan işçisi də əsərin sonunda müəmmalı şəkildə ölür. Bu da həmin rayonun nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir. Və əslində, bu əsərdəki hadisələrin yazıçı Rahim Dünyamalının həyatı ilə eynilik təşkil etməsi də maraqlıdır. Belə ki, kitabda bəhs edilən məkan əslində, elə yazıçının yaşadığı Quba rayonudur, həmçinin rayon partiya rəhbəri və bir çox başqa hadisə və obrazlar da real hadisələrlə üstünlük təşkil edir - Rahim Dünyamalının da bir zamanlar həbsə atılması kimi. Bəhs edilən hadisələrin və mühitin cansıxıcı olmasından da anlamaq olar ki, yazıçının real həyatı da o qədər yaxşı, ümidləndirici deyilmış. Ki, bu səbəbdən də yazıçı sonda özünə qəsd edib. Bu qədər... Kitabı oxumağınızı tövsiyə edirəm. :)
Tərsinə Addımlayan Kölgələr
Tərsinə Addımlayan KölgələrRahim Dünyamalı · Başla Nəşriyyatı · 07 okunma
·
88 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.