Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
6/10 puan verdi
·
13 günde okudu
"Həə, bu kitabı oxu, Qaraqanın getmə səbəbini öyrənəcəksən"lə başlayar hər şey. Doğma yazarmı deməliyəm, yoxsa bir insan dəyişildikdən sonra doğma olmur? Hər halda yazdığı janra əsasən tənqid etməyəcəyəm. Ehy.. nə yazacağımı bilmirəm. Xəyal qırıqlığına uğradım, ya da yox bu xəyal qırıqlığı deyil, qəlb qırıqlığıdı. Bütün dinləyici, izləyici və oxurlarını eyni görmək və haqlarında o rəyləri yazmağı... . Hər nəysə bir az məlumatlandırım. Daha doğrusu digər kitabları ilə müqayisə edim çünki, başqa incelemelərdə məlumat yetəri qədər verilib. Qaraqanı ilk
Evakuasiya
Evakuasiya
kitabı ilə oxumağa başlamışdım, və hal hazırda ən son oxuduğum kitabı Art və Xaosdu. Bu iki kitab arasındakı fərq və oxşarlıqlar həddindən artıq çoxdu. İlk ssenariyə nəzər yetirsək
Evakuasiya
Evakuasiya
da anidən yaranan bir haldan dolayı bir-birini tanımayan insanlar qapalı bir məkana düşür və oradan iki gənc azadlıq və sevgi macərasına atılır. Art və xaosun da bir hissəsində eyni hadisə baş verir: bir oğlan gözləmədiyi bir durumda heç kimi tanımadığı bir məkana düşür. Və oradakı bir qızla sevgi macərasına atılır lakin digər kitabdan fərqli olaraq azadlıq çırpınışı yoxdu, çünki azad bir həyatdadırlar və bunlar daha yetişkin və inkişaf etmiş insanlardır. Bununla da pərdəarxası Qaraqanın düşüncələrinin dəyişimini görürük. İndi keçsək trilogiya ilə arada yaranan fərqə, fərq yazasım belə gəlmir bu böyüklükdə olan ziddiyyətə.
Birinci Addım
Birinci Addım
da da,
İkinci Addım
İkinci Addım
da da,
Üçüncü Addım
Üçüncü Addım
da da, həqiqəti axtarır, sadəcə həqiqət axtarışında olur illərcə və bizə bunu ötürür. Amma gəl gör ki, bu kitabın bir hissəsindən bir dialoq yalanı həyat tərzinə çevirməyi aşılayır. Bu nə qədər də baş rol tərəfindən düzgün qarşılanmasa, xalq bunu oxuyur. Bir şey demirəm bəlkə də bu daha rahat yoldur. Həqiqəti atıb yalanla yaşamaq, nə də olsa heç vaxt ona çata bilməyəcəksiz, çünki hər kəsin sadəcə "öz həqiqəti" və yaxud "başqalarının həqiqəti" var. Bu ziddiyyətdən sonra
A
A
kitabı ilə müqayisə etməyə ehtiyac duymuram çünki, arada böyük bir uçurum var. Doğrudur, dəyişməyən düşüncələri də var idi, addımlarda keçən mövzular haqda olan fikirlərin bir çoxunu dialoqlar arasına yeritmişdi bu kitabda da. Bayaqdan bu ziddiyyətlərdən danışıram, tənqidi kimi görünə bilər lakin normal olaraq görürəm hamısını. 18 yaşda olan düşüncələrlə 32 yaşda olan düşücələr arasında hər halda bu fərq olmalıdır. Sadəcə sözü ora gətirib çıxarmaq istəyirəm ki, 4 il olan susqunluqdan sonra ortaya çıxmadan pərdə arxasından "hey mən burdayam" deməyə ehtiyac vardımı? Çünki bir azərbaycanlının kitabını nədən oxuyurlar? yeni bir şey öyrənmək, getdiyin əzablı yolda yardımcı olması üçün ki, Qaraqan bütün kitablarında bunu etmişdi. Amma bu kitabda sadəcə ortaya bir roman qoyub. Sorry amma onca klassik qala qala bu romanı oxumaq mənasız:) özü də necə bir roman və kimə? Özünün indi azad olduğu həyatı, azad ola bilmədiyi həyatda yaşayan kəslərə göstərən bir roman. Ki heç də ibrət götürüləsi roman deyildi, sətiraltıları belə az idi və məncə bunu etməyi çox yersiz idi. İstədim bura sadəcə bu kitabın incelemesini yazım və Qaraqanın incelemesini də Qaraqandan son oxuyacağım
Şeytanın Kitabı
Şeytanın Kitabı
nın incelenmesine yazaram amma artıq iş işdən keçdi bura yazıram. Demək bu kitabı dayımgildə oxuyurdum və dayım məndən nə oxuduğumu soruşdu, mən də kitabın adını dedim. Müəllifini soruşanda da Qaraqan dedim. O isə cavab olaraq dedi ki, reper Qaraqan? heh bir də onun kitablarına pul verirsiz, bir reperin yazdığı nə olacaq ki...Hər halda dayımın Azərbaycanda rep deyəndə ağlına ancaq Pasterin "pulumu doğ" və yaxud Epinin hansısa gicləmələri tipli yaradıcılıqlar gəlir. Hər halda Qaraqanın ilk öncə üsyanla başlayan sonra fəlsəfi və həqiqət həsrəti ilə davam edən düşüncələrini gəncliyə ötürmək üçün repdən əsasən vasitə olaraq istifadə etdiyindən xəbərsizdi. Hər halda neçə neçə gəncə dayaq olduğundan, hansısa gəncin qırıldığı zaman bir kənara qısılıb ağlayaraq onun musiqisinin dərinliyinə daldığından, kimisinin sadəcə həyatı olduğundan xəbərsizdi. Qaraqanı çox uzun illərdir tanımıram, amma qısa müddətdə ona qarşı çox əks qütblərdə olmuşam, təbii ki fanlıqla başladım, sonra soyuma baş verdi. Vaxt gəldi, koment tutuzdurub Qaraqanın çox tanınmasının qarşısını almağa çalışırdım. Tanış olan fan səhifələrdən fəaliyyəti dayandırmalarını xahiş etmişdim. Və gün bu gün onu uzun zaman ölmüş bir dostum olaraq görürəm, əldə qalansa bizə buraxdığı xatirə və düşüncələridi. Ürəyim sıxıldığı, kiminsə qırdığı zaman "qısa qapanma" və ya "leykemiya" albomunun içində batdığımı danmıram amma dayımla bir yerdə razıyam. Amma sadəcə bu kitabda. Çünki həqiqətən pul verib bu kitabı almağa ehtiyac yoxdu. Sadəcə getmə səbəbini öyrənmək istəyirsən? Okay, o zaman mən deyim. Qaraqan tamamilə introvert bir insandır. Onu insanlar, məşhurluq sıxır. New York'a da azad olmaq üçün gedib. Kim olduğunu unutmaq üçün gedib. Bu qədər.. Təbii ki yanlış anlamayın deyə yenidən deməliyəm ki, bu fikrim digər kitabları üçün keçərli deyil və oxumağınızı tövsiyə edirəm. O Qaraqanı tanıyıb bilsəz yetər, bu roman sizə heç nə qatmaz. Əmr deyil, yenə də öz qərarınız sadəcə olduğum məqama əsasən əmin danışa bilirəm, uğurlar.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019654 okunma
·
1 artı 1'leme
·
842 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.