Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

102 syf.
7/10 puan verdi
·
3 saatte okudu
“Bir dönem gelir, hayat sanki devam etmekte tereddüt ediyormuş ya da akışını değiştirmek istiyormuş gibi belirgin biçimde yavaşlar. Böyle bir dönemde insanın başına kolayca bir felaket gelebilir.” İnsanın bir fərd olaraq içində yaşadığı topluma qarşı vəzifələri və məsuliyyətləri yaranır. Zaman içində qaçınılmaz olaraq fərqli rollara girmək məcburiyyətində də qalınır. Daima başqaları adına yaşamaqdan öz mənliyini unudan fərd bir boşluq içinə düşür və həyatını sorğulamağa başlayır. Bu yaşanan dövr içində zaman və məkan məhfumu da mənasını itirir. Fərd içində olduğu çevrədən uzaqlaşaraq özünü tapmaq axtarışına çıxır. Robert Musil bu mövzuları üç hekayənin obrazlarının həyatlarından anlatmağa çalışır. Onların alışmış olduqları rollardan sıyrılıb varoluşunu sorğulamağı və daxili bir çevrilmə yaşadığı, varlığının fərqli yönlərini kəşf etməyə çalışdığı müşahidə olunur. Adı “Üç Kadın” olsa da, əslində hər hekayədə anlatılan qadınlar üzərindən kişilərin həyatları və qadın-kişi münasibətləri olduğunu görürük. Kişilərin keçmişi, davranışı və gələcəyə yönəlik düşüncələri əsərdə əsas yeri tutarkən, qadınlar susqun siluet təsiri bağışlayır. Bəlkə də bu qeyri-müəyyənlik onları daha vacib nöqtəyə gətirir, çünki bu xüsusiyyət kişi obrazları sadə həyat tərzindən varoluş sorğulamasına aparır və nəticədə ətrafında formalaşdırdığı dünyadan uzaqlaşır. Hər üç hekayə qadın-kişi münasibətləri üzərindən irəliləsə də, bu obrazlar bir-birinə yaddır və hər biri əxlaqi imtahandan keçirlər. Bir hekayədən digərinə keçdikcə qadınların varlığını daha çox hiss edirik. Hekayələrin kişilərin üzərindən getməsi, əxlaq və varoluş problemlərini ələ alması ilə yanaşı mənlik arayışı və sədaqətsizlik kimi mövzulara da toxunulur. “İnsan hayatı, hayatın her bir sesini iyice işitip her birine yanıt bulabilmek için fazla hızlı akıp gitse de.”
Üç Kadın
Üç KadınRobert Musil · Helikopter Yayınları · 2017254 okunma
·
1.288 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.