Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

420 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Hakan Günday oxumağa Az kitabı ilə başlamışdım və özümü tapdığım, hiss etdiyim, hətta oxuyanda gözümün dolduğu bir kitab olmuşdu. Ara-ara gedib alıntılarını təkrar oxuyuram və bir daha heyran qalıram. Oğuz Atayı da bu kitabda tanıyıb, heç oxumamağıma rəğmən sevmişdim, daha sonra Tutunamayanlar kitabını oxuyub, Oğuz Ataya olan heyranlığım yaranmışdı. Bu iki yazar görünməz iplərlə sanki birbirinə bağlı imiş kimi hiss edirəm bəzən... Bu kitabla isə Hakan Gündaya bir DAHA heyran oldum.  Günday  İntibah dövrü rəssamlığının 4 prinsipini kitabın müəyyən hissələrində başlıq kimi vermişdir.  Yazar Gazanın başına gələnləri rənglərlə müqayisə etmişdir, rənglər necə tonlar və çalarları dəyişirsə Gazanın da həyatı elə dəyişkən idi. Atası insan qaçaqçılığı ilə məşğul olan doqquz yaşlı Gazanın həyatı kitabın başından etibarən sizi içinə sürükləyir.  İnsan ailəsini seçə bilmir, Gazanın da dediyi kimi "Atam bir qatil olmasaydı, mən də olmayacaqdım." Həyat hər kəsə eyni ədalətlə yanaşmır, 9 yaşlı Gaza o yaşda öyrənməməsi gərəkən nə varsa artıqlaması öyrənir.  10 yaşında qaçqınlara hər gün yemək və su aparan Gaza təcavüzə uğrayır və hələ başına nə gəldiyini anlamayan Gaza sonrakı illərində bunun nə kimi psixoloji fəsadlar törədəcəyindən xəbərsizdi. Atasından isə sadəcə həyatda qalmağı öyrənən Gaza nə ana sevgisi nə də ata sevgisi görür. Bu sevgisizlik isə sonraları bütün insanlardan uzaq qaçmasına səbəb olacaqdı. Əslində kitabın sonrakı hissələri haqqında uzun-uzun danışa bilərəm amma spoiler verib marağınızı azaltmaq istəmirəm. Kitabda qaçqınların çəkdikləri əzab əziyyət, yoxsulluq, çarəsizlik, onları qaçırmağa kömək edən şəxslərin yaşadığı psixoloji problemlər, yazarın siyasət oxuması səbəbi ilə kitabın aralarına salınmış  siyasətə olan baxış bucağı və s. çox mükəmməl işlənmişdir. Və son olaraq Onur Saylakın rejissorluğu altında çəkilmiş eyni adlı film mənə kitab qədər maraq oyatmadı, filmdə kitabın sadəcə birinci hissəsi olan Gazanın uşaqlıq illəri canlandırılmışdır, yenə də istəsəniz izləyə bilərsiniz. Bura qədər oxuyan hər kəsə təşəkkür edirəm, xoş mütaliələr diləyirəm.
Daha
DahaHakan Günday · Doğan Kitap · 202313,6bin okunma
··
7,3bin görüntüleme
Nübar okurunun profil resmi
Türk ədəbiyyatından çox oxumasam da, Hakan Günday diqqətimi çəkən yazıçılardandır. Gözəl ifadə etmisən fikirlərini. Xoş mütaliələr. Ps: təcavüzə uğrayır yazmaq istəmisən deyəsən, klaviatura yenə korlayıb işləri 🙂.
Ayşə Həsənova okurunun profil resmi
Mükəmməəəl👏🏻Əllərinə sağlıq💕
İsazadə Şövkət okurunun profil resmi
Təşəkkürlər🥲🧡
Mahir okurunun profil resmi
Az kadar iyi değil ama iyi 🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.