Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

432 syf.
8/10 puan verdi
·
15 günde okudu
Əvvəldən qeyd edim ki, bədii deyil, fəlsəfi əsərdir. Dili çətin deyil. Əsər avtobioqrafik xarakter daşıyır. Yazıçının oğlu Krislə birlikdə motosikletdə etdiyi səyahətdən bəhs edir. Deyəsən, “Zen və motosiklet təmiri sənəti” səfərnamə tərzində mütaliə etdiyim ilk kitab oldu. Süjet iki kontekstdən açılır: birincidə səfər edilən yerlər, ordakı insanlar, vərdişlər, ikincidə isə Pirsiqin universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə psixoloji problemlər yaşadığı, şəxsiyyət ikiləşməsi ilə üzləşdiyi dövr təsvir edilir. Mənə ən çox ikinci kontekst maraqlı gəldi. Robert Pirsiq yazıçılarda ən çox bəyəndiyim iki xüsusiyyəti özündə birləşdirir: birincisi, mənim sözlə ifadə etməkdə çətinlik çəkdiyim, amma intuitiv olaraq hiss etdiyim şeylərə qəşəng tərif verir, ikincisi, gözümün qarşısında olan, heç vaxt fikir vermədiyim adi şeylərə başqa kontekstdən nəzər yetirir, insanı düşünməyə vadar edir. Və əsər boyu elm, idrak, şüur, nəzəriyyə, fərziyyə, keyfiyyət kimi fəlsəfi anlayışların hamısına motosiklet vasitəsilə, motosiklet nümunəsi üzərində aydınlıq gətirir. Avtomobildə həmişə qapalı kupedəsən. Öyrəşdiyin üçün heç fərqinə də varmırsan ki, maşının pəncərəsi elə televizordur. Sən passiv müşahidəçisən və hər şey darıxdırıcı bir şəkildə çərçivənin daxilində cərəyan edir. Motosikletdə isə belə bir çərçivə yoxdur. Ətraf aləmlə əlaqədəsən. Elə-belə mənzərəyə baxmırsan, onun içindəsən. İştirakın səni heyrətləndirir.
Zen ve Motosiklet Bakım Sanatı
Zen ve Motosiklet Bakım SanatıRobert M. Pirsig · Ayrıntı Yayınları · 20221,187 okunma
·
1.009 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.