Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

99 syf.
7/10 puan verdi
·
6 saatte okudu
İlk öncə bu kitabı oxumamda qatqısı olan
Samirə Abbasova
Samirə Abbasova
'a təşəkkür edirəm. :) Sözə haradan başlayım? İnsanların ətrafdakı fikirlərə görə yaşamasından mı, yoxsa, erməni vəhşiliyindən mi? İnsan nədir? İnsan ilk öncə özünü, sonra da, ətrafdakı insanları, ən əsası da, öz fikirlərindən çox onların nə fikirləşdiyini düşünən varlıq... Niyə insanlar "Camaat nə deyər?" düşüncəsi ilə yaşayır? Bu bizim həyatımızdır. Necə yaşamağımıza özümüz qərar verməliyik. Nə edəcəyimizə, niyə məhz başqaları qərar verməlidir? Suallar, suallar. Amma cavab yox... Başlayaq; İlk öncə bunu deyim; Kitab çox kədərli və təsirlidir. Oxuyanda ağlamamaq mümkün deyil. Kitabın son səhifələrində oxumaqda çətinlik çəkdim. Doğrusu, bitirəndə, kitabın tez bitməsinə kədərləndim. Çox axıcı kitab idi. Oxuyanda zamanın necə keçdiyini anlamayacaqsınız. Kitabı bir nəfəsə bitirdim. Oxumağınızı tövsiyə edirəm, peşman olmayacaqsınız. :) Spoilər ola bilər!!! Kitabın qısa məzmunu; Kitab, 17 yaşlı Elnarənin, Xocalı faciəsində, əsir düşməsindən, əsirlikdə və əsirlikdən sonrakı həyatında yaşadığı qorxunc hadisələrdən bəhs edir. Əsirlikdən sonrakı həyat onun üçün daha ağır olur. Qohumları, qonşuları, bir sözlə hamı (bir neçəsi istisna olmaqla) onu namussuz adlandırır. Ermənilər tərəfindən zorakılığa məruz qaldığı üçün hamı ondan üz çevirir. Daha çox spoiler verməyim, bu qədər bəsdir. Kitabı oxusanız yaxşıdır. :) Xoş mütaliələr !
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0104 okunma
·
612 görüntüleme
Samirə Abbasova okurunun profil resmi
Ne demek, ben teşekkür ederim :)) Sevməyində qatqım oldusa, nə xoş mənə 💜🌸
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.