Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mənim Erməni Oğlum

Akşin Xəyal

Yorumlar ve İncelemeler

Tümünü Gör
99 syf.
7/10 puan verdi
·
6 saatte okudu
İlk öncə bu kitabı oxumamda qatqısı olan
Samirə Abbasova
Samirə Abbasova
'a təşəkkür edirəm. :) Sözə haradan başlayım? İnsanların ətrafdakı fikirlərə görə yaşamasından mı, yoxsa, erməni vəhşiliyindən mi? İnsan nədir? İnsan ilk öncə özünü, sonra da, ətrafdakı insanları, ən əsası da, öz fikirlərindən çox onların nə fikirləşdiyini düşünən varlıq... Niyə insanlar "Camaat nə deyər?" düşüncəsi ilə yaşayır? Bu bizim həyatımızdır. Necə yaşamağımıza özümüz qərar verməliyik. Nə edəcəyimizə, niyə məhz başqaları qərar verməlidir? Suallar, suallar. Amma cavab yox... Başlayaq; İlk öncə bunu deyim; Kitab çox kədərli və təsirlidir. Oxuyanda ağlamamaq mümkün deyil. Kitabın son səhifələrində oxumaqda çətinlik çəkdim. Doğrusu, bitirəndə, kitabın tez bitməsinə kədərləndim. Çox axıcı kitab idi. Oxuyanda zamanın necə keçdiyini anlamayacaqsınız. Kitabı bir nəfəsə bitirdim. Oxumağınızı tövsiyə edirəm, peşman olmayacaqsınız. :) Spoilər ola bilər!!! Kitabın qısa məzmunu; Kitab, 17 yaşlı Elnarənin, Xocalı faciəsində, əsir düşməsindən, əsirlikdə və əsirlikdən sonrakı həyatında yaşadığı qorxunc hadisələrdən bəhs edir. Əsirlikdən sonrakı həyat onun üçün daha ağır olur. Qohumları, qonşuları, bir sözlə hamı (bir neçəsi istisna olmaqla) onu namussuz adlandırır. Ermənilər tərəfindən zorakılığa məruz qaldığı üçün hamı ondan üz çevirir. Daha çox spoiler verməyim, bu qədər bəsdir. Kitabı oxusanız yaxşıdır. :) Xoş mütaliələr !
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
Reklam
99 syf.
·
Puan vermedi
·
32 saatte okudu
İncelememi Türkçe yazacağım. Kitap Azerbaycan türkçesiyle yazılsa da, yazarı azerbaycanlı olsa da, olaylar tamamen Azerbaycan sınırları dahilinde geçmiş olsa da. Çünkü herkesin bilmesini isterim. Kitabın sayfa sayısı 74. Pdf olarak okuduğum için. Bir nefese okunacak kitap. Ama benim sağlığımla alakalı, son zamanlar kitapları zamana yayarak okuyorum. Yani yukarıda okuduğum süre sizi yanıltmasın. Bu kitabın kalitesiyle hiç ama hiç alakalı değildir. Gelelim kitabın ele aldığı konuya. Ermeni vahşeti! İşkencenin boyutlarını yalnız bi vahşi bu kadar aşa bilir. Hani
Çin İşkencesi
Çin İşkencesi
okuduysanız, şu vahşetin yanında gölgede kalır. Ha ben hep ne derim?"Acı kıyaslanmaz" Ama kitabı okumak için çelikten sinirleriniz olmalı. Bir de düşünün yani bunu yaşadı soydaşlarım. Beni az ama çok azcık sakileğen, şu vahşetin intikamının alınması. Ama gel gelelim ki, o acıyı tatmış olanların yarası hiç bir melhemle sakinleğemez. Kitabı "okuyun" mu desem, "sakın okumayın"mı desem... Kararsızım. Sinirlerinizden eminseniz, mutlaka okuyun ama. Yani sonuç; İÇİM YANDI!
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
80 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Sözə haradan başlasam, harada bitirsəm..? Bilmirəm. Çünki yaşananlar sözün başladığı bir zaman deyildi. Adətən, başlanğıclar gözəl olur. Amma bunlar, sadəcə, sözün bitdiyi yer ola bilərdi. Acı, kədər, üzüntü... Xocalı hadisələri - faciəsi. Oxuduqlarım ilk idimi? Xeyr. O günlərdə, o yerlərdə nələr yaşandığını çox eşitmişəm, çox oxumuşam. Bəlkə də
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
·
Puan vermedi
·
3 saatte okudu
Cox agir bir kitabdi.oxumaq istedim ama davam etmeye gucum catmadi...belke ne vaxtsa seni bitirecem,ama bu gun yoxx.... Vee...Azerbaycanin Xocali Soyqirimini,Xocalida toredilen vehsilikleri lente alan Azerbaycan Milli Qehremani Cingiz Mustafayev.....Allah sene rehmet elesin....Allah butun sehidlere rehmet elesin... P.s.kitabi yarimciq qoyma sebebim ,bir nece ay once Seriyye Muslumqizinin _Olumden o yandaki Xocali kitabini oxuyub uzun muddet tesirinden cixmamagimdi.Seriyye xanim sexsen Xocalinin sahidi olub, qeleme alib oxuyarken o anlari yasamamaq elde deyil. Allah bir daha Tariximize Qanli sehifeler yazdirmasin........
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
Reklam
99 syf.
10/10 puan verdi
-Onlar mənə fiziki təcavüz etdi, siz isə mənəvi...
İncələməyə bu sözlə başlamaq qərarına gəldim . Ümid edirəm ki bu cümləni oxuyan hər kəs qarşılaşdığı insanlara qurduğu hər cümləyə diqqət yetirər. Çünki biz bilmədən istəmədən dediyimiz sözlər qarşımızdakı insanı ruhən məğlubiyyətə gətirə bilər. Belə ki bu kitabda bir həqiqət var. Kitabdakı obrazlar Elnurəyə bilərək və istəyərək tənqid və təhqirlə yanaşır, hər dəfə onun şəxsiyyətini alçaltmağa çalışırlar. Və sonunda ölümünə bais olurlar. Ümumiyyətlə bu kitaba çox yaxın dostumun israrı ilə oxumağa başladım. İlk başda kitabda sadəcə Xocalı soyqırımından bəhs edildiyini düşündüm. Həmin o qanlı gecə millətimə verilən əzab və işkəncələri oxumağa qəlbim tab gətirmir doğrusu. Ancaq oxuduqca kitabda öz millətimin öz canına öz qanına etdiyi hərəkətlər məni özümdəno qədər çıxardırdı ki bəzən Elnurənin yanında olub hər kəsə kaş payını vermək haqqım olardı deyə isyan edir , arzulayrdım. Ən ağrı verəndə bilirsiz mənə nə oldu ? O qədər təcavüz , o qədər işkəncəyə sınmayan o qızcığaz öz milləti tərəfindən təkliyə və yalnızlığa atıldı ölümə sürüklədi. Kitabda yazılanların düzlüyü qəlbimi qırdı, axı nəqədər çoxdur onlar kimi insanlar pusquda yatan başqasının namus və həyatına ləkə atan bununla həyat missiyalarını bitirən və yaxşı insan kimi lovğa lovğa ətrafda gəzinənlər. Oxuduğum kimi yazdıqlarımdada çox emosional yanaşdım deyəsən. Əsər möhtəşəmdir.
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
·
Puan vermedi
Kitabı ilk dəfə oxudum, fikirləşdim ki Xocalı faciəsi haqqında, həmin gecə baş verənlər haqqında məlumatım var,daha nə qədər təəccüblənə bilərəm ki??Ama yenə də baş verən müsibətləri ağzım açıq şəkildə oxumağa davam etdim.Ermənilərin millətimə yaşatdıqlarını sözlə ifadə etmək mümkün deyil,ortada nə qədər faktlar, şəkillər var ama yenə də bəzi "dünya ölkələri" Ermənistanın tərəfində dururlar. Nəysə.. Kitabda Xocalı faciəsindən,gəlin-qızlarımızın yaşadığı dəhşətləri göstərir ilk başda. Elnurə adlı 16 yaşlı qızın ermənilər tərəfindən təcavüzü,əsirlikdən xilas olması, uşağını dünyaya gətirməsindən,ondan sonra yaranan hadisələrdən bəhs edir. Millətimizin Elnurəyə tuşlanan qınaqları,tənqidləri və bütün bunlardan sonra Kür çayında oğlu ilə birgə intiharı.. Kitabda mənə pis təsir edən əsas cümlə bu idi: "Onlar mənə fiziki təcavüz etdilər,sizsə mənəvi..."
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Çox axıcı əsər idi…Kitabı uzun müddətdir ki,oxumaq istəyirdim ,amma sonra oxuyaram deyib oxumurdum.Kitabı oxumağıma maraq oyadan
Gunel Quliyeva
Gunel Quliyeva
@flower_0000
Samirə Abbasova
Samirə Abbasova
hər birinizə təşəkkür edirəm. Kitabı oxuyarkən çox ağladım,amma təbii ki ,heç bir göz yaşları o hadisəni yaşayanlarınkı qədər kədərli ola bilməz.Oxuyun mu ,oxumayın mı deyim əmin deyiləm,amma oxusanız erməni vəhşiliklərinin bir daha şahidi olacaqsınız,amma bu da azmış kimi,hətta içimizdəki erməni düşüncəli “insanları” da görəcəksiniz. Kitabla qalın,sağlıqla qalın
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 saatte okudu
Xocalı- Tanrının unutduğu şəhər
63-ü uşaq 106 qadın, 70- qoca 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.  Bakı deyəndə ağlımıza neft gəlir, Quba deyəndə alma, Göyçay deyəndə nar. Amma Xocalı
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
Reklam
99 syf.
8/10 puan verdi
·
29 saatte okudu
Salamlar hamıya. Təcavüzdən uşaq doğmaq ağılsızlıqdır. Təcavüzdən uşaq doğanın zərrə qədər ağlı yoxdur. Elnurə özünü olmasa da dünyaya gətirəcəyi uşağı düşünməli idi. Öz ağılsızlığının ucbatından başına gələnlər uşağınında başına gələ bilərdi. Elnurənin məni ağılsızlığı ilə əsəbləşdirsə də kimsəsizliyinə üzüldüm. Əgər onu zorlayan ermənilər valideynlərini öldürməsəydi, ailəsindən bir nəfər qalsa idi kimsəsiz olub insanların hücumuna məruz qalmışdı. Ailəsi onu qoruyar, müdafiə edərdi. Süjetə xidmət etməsi üçün yazıçı Elnurə kimi obraz yaradıb. Nə qədər pulu var hamının başına oyun açıldığını bildiyi yerə qayıdır. Belə ağılsız obrazın qarşıma çıxdığı yadıma düşmür. Qaraqanın Kərəmi Elnurədən daha ağıllı idi. O heç olmasa müəmma qarşısında qorxaraq ağılsızlıq etdi. Elnurənin ağılsızlığı və bəzi məqamlar haqqında çox danışa bilərəm, spoiler olmasın deyə burda susuram. Çoxdan oxu siyahımda olan kitab idi. Elnurənin halına üzülsəmdə onunla empatiya qura bilmədim. Səhifə sayının az olması və rahat oxunmasına görə bir oturuşda bitirmək olar.
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
10/10 puan verdi
Xocalı soyqırımına həsr olunmuş kitabı oxumaqla yanaşı hər zərrəsini yaşadım sanki.. bəlkə də səbəb Mingəçevirdə olmağım, Elnurənin özünü və körpəsini bu iyrənc dünyadan qurtarmaq üçün atladığı Kürün qırağında o anları oxumağım oldu :( Siz siz olun, heç kəsə önyargılı davranmayın. Bu dünyada olmasa belə, axirətdə bədəlini ödəyəcəksiniz. Elnurənin və 1 yaşlı körpəsinin ölümünə səbəb olan insanların etinasızlığı, önyargılığı oldu. Unutmayın, kiminsə başına gələn sizin başınıza gələ bilməz deyə bir qayda yoxdur!
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
8/10 puan verdi
Kitabda Xocalı faciəsindən və faciə nəticəsində taleyi dəyişən Elnurənin həyatından danışılır. Müharibədən bəhs edən kitabın olması çox gözəldir, lakin ümumilikdə kitabı çox da bəyənməməyimin əsl səbəbi 20-ci səhifələrdən sonra azərbaycanlılar tərəfindən Elnurəyə edilən haqsızlıqlar da göstərilmişdir. Fikrimcə bir neçə ailənin faciələrindən bəhs etməklə kitabı daha gözəl etmək mümkün idi
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
5/10 puan verdi
·
Beğendi
Qarabağla bağlı kitablar diqqətimi çəkir. Bu kitab da maraqlı idi. Ancaq dəhşət təsirli deyildi. Kitabda hiss çox zəif idi. Bəlkə də yazarın kişi olduğu üçün analıq duyğusunu aşılaya bilmədiyi üçündür. Kitabın sonu gözlənilən idimi? Açığı yox. Hər şeyə, hər kəsə rəğmən mübarizə aparan bir ananın sonu o cür olması...
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
99 syf.
·
Puan vermedi
·
32 saatte okudu
Spoiler ola bilər. Öncəliklə, bu kitaba incələmə yazarkən 1ci və 2ci Qarabağ müharibəsi şəhidlərinə, o cümlədən Xocalı soyırımı zamanı həyatını itirmiş həmvətənlərimə Allahdan rəhmət diləyirəm.... Uşaqlıda Xocalı haqqında bir film verirdilər hər 27 fevral tarixində, bəlkə indi də verirlər amma mən rast düşmürəm, o filmdə ermənilərdən qaçan bir
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.