Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sənə Yazmadım, Səni Yazdım

Dilşad Talıbova

Yorumlar ve İncelemeler

Tümünü Gör
192 syf.
·
Puan vermedi
·
3 günde okudu
Kitab 192 səhifədan ibarət olsada,hadisələr mənə çox uzun gəldi.İki gündür oxuyub qurtara bilmirdim, nəhayət bu gün dayanmadan oxuyub bitirdim.Hadisələr bir birinin ardınca tez bir sürətdə baş verdiyi üçün axıcı olsa da,oxuyarkən yoruldum:( Kitab iki gəncin sevgisindən bəhs edir. Hərşey Atabəyin,Səmragilin sinfinə gəlməsi ilə başlayır.Öncədən bir
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 2016100 okunma
Reklam
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İllər öncə yaşandı...
Nəvaxt kitab oxumağa başlayıramsa anamın bütün ev işləri həmin dəqiqəsi başlayır.Belə olmasa idi kitabı 4 günə deyil,1 günə oxuyub bitirmişdim.
Qarmaqarışıq
Qarmaqarışıq
dan sonra,növbəti kitabdır ki,bu qədər təsir etdi mənə.Elə səhifələri oldu ki,göz yaşlarımı saxlaya bilmədim.Kitabın əsas qəhramanları "Səmra və Atabəy"in sevgisidə elə
Qarmaqarışıq
Qarmaqarışıq
da ki, "Hümra və Murad"ın sevgisini xatırlatdı.Səmranın varlı,Atabəyin kasıb bir ailədə böyüməsi,zamanla bir-birlərini özlərindəndə çox sevmələri,birlikdə gələcəklə bağlı xəyallar qurub o xəyalı gerçəkləşdirmək üçün yalnız Səmranın çabalaması,ailəsinə görə Atabəyin o xəyallarından ən üzməsi,Səmranın gözünün içinə baxa-baxa onun ailəsini təhqir edən Atabəyə qarşı olan sevgisinin illər keçsədə heç bitməməsi,nəhayətində Səmranın Rəşada şans verməsi və təsadüf nəticəsində Səmra ilə Atabəyin illər sonra bir oteldə göz gözə gəlib,bir-birlərini sadəcə "sinif yoldaşı olmuşuq" deyə tanıtmaları... Bəzən insan oxuduğu kitabı öz həyatı ilə müqayisə edir.İçində yazılan o incə nüansları bir vaxtlar yaşamaq və bir kitab ilə yenidən xatırlamaq insana acıdan başqa bir şey vermirmiş...)
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 2016100 okunma
192 syf.
4/10 puan verdi
Xeyr, bir həftədir bu kitabı bitirməyə çalışmıram, əlbəttə, ilk 10 səhifəsindən sıxılıb kənara qoymuşdum, bu gün "yarım qalmasın" deyib yenidən oxudum. Nə yalan deyim sonunu elə gözləmirdim, təsirləndim, amma qeyri-adi, fərqli bir hekayə deyildi. Və ən əsası bədiilik, axıcılıq, süjet çox zəifdir. Adını bəyənib oxumaq istədim amma düşündüyüm kimi olmadığına təəssüf etdim. Bəlkə də yanaşma tərzim və kitab zövqüm bu qənaətə gətirdi məni. Hər kitabdan bir dərs çıxarırıqsa bu kitaba aid onu deyə bilərəm ki, sevdiklərinizin dəyərini bilin, sabah gec olmaqla məşhurdur... "Gec olsa da öyrəndim... Bəs gec olmaq heç olmamaqdan yaxşıdır deyirdilər, nə oldu?! Bildim ki, yalan imiş! Səndən sonra gecikməyin bağışlanmamağını öyrəndim."
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 2016100 okunma
192 syf.
4/10 puan verdi
·
24 saatte okudu
200 səhifəlik kitabda sadəcə altından xətt çəkdiyim 1-2 yazı oldu ki, onları da niyə çəkdim bilmirəm. Sevgi romanları oxuduğumuza siyasət oxusaydıq yenə bir faydası olmazdı amma bir düşüncə formumuz olardı da, nəysə. Duygular üzərində çox işlənmədiyini düşünürəm. Yazarın hissləri tam anlamıyla başa sala bilmədiyini hiss etdim. Ümumiyyətlə mən Azərbaycan yazarlarının bəzi şeyləri ifadə etməkdə lüğətdə sözlərinin əskik olduğunu düşünürəm. Və ya lüğətimizdə yetərsiz sözlərin olduğunu. Və öz adıma danışacaq olarsam əgər məni sıradan - günümüzdə çox işlədilən - cümlələr yerinə düşündürücü cümlələr cəzb edir. Bu üzdəndir ki, öz yazarlarımızdan və Azərbaycan dilində tərcümə olunan kitabları oxumağı özümə məsləhət görmürəm.
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 2016100 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.