Birinci dəfə oxuyanda 17 yaşında idim. Çox sevmişdim hətta. İkinci dəfə oxuyanda da sevdim, ama düzü bir az sadə gəldi. Hətta kitabda bir yerdə Rəşad Səmraya deyir ki, sən böyükdürsən bu yeniyetməlik vaxtı olan bir sevgi idi sən ona yüklənmisən deyə hər şeyi çətinləşdirirsən. Bu fikri kitab üçün ümumiləşmə olaraq qəbul etdim mən. Amma yenə də məktəb sevgisi tam başqa olur deyə həm Səmra həm də Atabəy üçün unudulmaz oldu deyə düşünürəm.
Sevgidə qürur olmur düzdü. Amma bəzi şeylər var ki, qürurdan deyil o qədər inciyərsən bağışlamaq istəsən də ürəyin qəbul etməz,bağışlamaq gəlməz ürəyindən.