Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

96 syf.
7/10 puan verdi
Kemaleddin Tuğcu "Kuklacı" əsərinin təhlili.
Uşaq yaşlarında ayaqlarındaki sağlamlıq problemlərindən ötrü normal təhsil almaq imkanından məhrum qalan , heç bir rəsmi qurumda təhsil almayıb buna rəğmən özü özünü yetiştirərək əsər tərcümə edəcək qədər fransızca öyrənən və 200 dən çox romanın yazarı olan bir insan düşünmək normal şərtlərdə insanın əzmi qarşısında hər şeyi bacara biləcəyi ehtimalını bildiyimdən mənim üçün çətin olmasada , belə bir insanın həqiqətən var olduğunu bilmək istər istəməz təəccübümə səbəb olmuştu.Həmin insan Kəmaləddin Tuğcudur. Tuğcu türk ədəbiyyatında daha çox hüzünlü , kədər dolu , dramatik mövzuları ələ alan yazıçı kimi tanınır.Haqqında qısa bir araştırma etdiyimdə onun haqqında "Bir nəslin gözyaşı ilə böyüməsinə səbəb olan yazıçı" deyə də bəhs edənləri gördüm.Fəqət mən cənab Tuğcu üçün belə düşünmürəm.Ümumən ədəbiyyat həyatın obrazlı ifadəsidir , bunu bilən yazarımız həyatı gördüyü kimi qələminə əks etdirib və məncə bunu etməklə oxucularına özləri fərqində olmasa da empatiya qazandırıb. "Kuklacı"əsərinə gəldikdə isə onu deməliyəm ki , məncə oxunulması məsləhətli , ortalama bir kitabdır.Əsasən fikrimcə ailəvi , doğmalıq münasibətlərinin , zamanın rəhmsizliyi , dərin və dayaz ruhlu insanların fərqinin və dərin ruhlu insanların dayaz insanlar arasında çəkdiyi əziyyətin ələ alındığı , oxuduğumuz zaman bizə zövq verən bir əsərdir. "Kuklacı" əsərinin və Kəmaləddin Tuğcunun qələmini oxumağa dəyər olduğunu düşünür və təhlilimi burada sonlandırıram. Allah Kəmaleddin Tuğcunun ruhuna rəhmət eləsin.
Kuklacı
KuklacıKemalettin Tuğcu · Damla Yayınevi · 2012736 okunma
·
239 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.