Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

416 syf.
·
Puan vermedi
·
9 günde okudu
"ĸιмѕeye ιnanмa. ĸendιne вιle güvenмe. gerçeğι araмa. gerçeĸ ѕenι вυlacaĸ. o geldιğιnde вenι ĸorυyacağına ѕöz ver!" Ellen Roth psixiatriya xəstəxanasında çalışan həkimdir. Xaricə gedən sevgilisinin tapşırığı ilə bir xəstəni müalicə eləməyə başlayır və özü də fərqinə varmadan həmin qadının həyatına daxil olur. Beləliklə, Ellen üçün  çətin vaxtlar başlayır; birdən-birə xəstə qadının onu izlədiyini dediyi "Qara adam" indi də Ellenin kabusuna çevrilir. Gerçək nədir? Ellen Rothun ətrafında nələr baş verir? "Qara adam", əslində, kimdir? Psixoloji-qorxu janrında oxuduğum ilk əsərdir. Hadisələrin təsviri o qədər realdır ki, film təsiri bağışlayır. Sonluq gözlənilməzdir. Hadisələrin gedişatı labirint halına gəlib bir düyünə çevrilir ki, bu düyünün açılması ilə bağlı yanıldığım məqamlar çox oldu. Wulf Dorn'un qələmini çox bəyəndim. Yazıçı kitabın hər epizodunda, hər səhifədə oxucunu təəccübləndirə bilir. Əhvalatlar axıcı, anlaşıqlı olduğu qədər həm də oxucunu uzun müddət gərginlik və maraq içində saxlayır. Əsərin təsirindən uzun müddət çıxmaq mümkün deyil. Tezliklə, müəllifin digər əsərlərini də oxumağı səbirsizliklə gözləyirəm.  Hər kəsə xoş mütaliələr!
Psikiyatrist
PsikiyatristWulf Dorn · Pegasus Yayınları · 20169bin okunma
··
560 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.