Gönderi

368 syf.
10/10 puan verdi
·
Beğendi
Hardan başalayacağımı bilmədiyim üçün incələmə çox qarışıq olacaq bəlkə də. Amma lütfən sonacan oxuyun. •Yucin Han öz otağında oyandığında paltarlarını, üzünü və saçlarını qanlar içində görür. Oturaraq nələrin baş verdiyini xatırlamağa çalışdığında otağından çıxaraq 1ci mərtəbəyə enir və onu sonsuz suallarla qarşı-qarşıya qoyacaq bir mənzərə ilə qarşılaşır. Anasının cəsədi ilə.. •Kitabın harasından başlayım, nəyə ilk öncə toxunum qərar verə bilmirəm. Hadisələrin gedişat və anlatış şəkli-mükəmməl Axıcılıq-mükəmməl Mövzu-mükəmməl İçərisində psixoloji ünsürlərin bu qədər detaylı verilməsi-mükəmməl İlk dəfədir ki bir gerilim kitabında gerilimi heç axsamadan hiss etdim, yəni kitab başdan ayağa kuliminasiya nöqtəsində irəliləyirdi. Ən son bu qədər həyəcanı Tess Gerristenin Cərrah kitabını oxuyarkən hiss etmişdim, indi xatırlayanda Cərrah'ın belə zəif qaldığını düşünürəm. •Yazar anlatıcının yəni Yucin'in hislərini o qədər ətraflı ifadə edir ki, hekayə boyunca eyni həyəcanı, eyni qorxunu, eyni soyuqqanlılığı yaşayıb, eyni hadisələri gözlərimlə görürəmmiş kimi hiss etdim. •Əgər kimsə oxuyacaqsa kitabı lütfən kitaba sadəcə gerilim kitabı kimi baxmayın, içərisindən örnək götürülə biləcək o qədər çox şey var idi ki, oxuduqca sarsıldım, qorxuya düşdüm. Nə desəm spoiler olacağı üçün özümü zorla da olsa tutmalıyam. İndiyə qədər hərkəsə şiddətlə oxumasını istədiyim kitablar əlbəttə olubdur, amma bu, bu kitab başqa bir şeydir, özəlliklə də çıxarılacaq nəticə həddən artıq böyük və həyatidir. Oxusanız nə dediyimi anlayacağınıza əminəm. •Kitabı Sıla Özkanın kitab önerisi videosunda görmüşdüm və pdfini olmadığını öyrənəndə oxuma siyahımda gerilərə atmışdım amma inanılmaz bir şəkildə kitab səsli formatda Dinlebi platformasına yükləndi və mən bunun bir işarət olduğunu düşünərək başladım qulaq asmağa. •Dinlebi'də 12 saatlıq bir audio kimi hal-hazırda var(bir tık tezləşdirməni seçsəniz 6-7 saatlıq olacaq), platforma ödənişli olsa da mən istənilən bir adama "hədiyyə et" funksiyası ilə ödənişsiz göndərə bilərəm. Etməniz gərəkən tək şey Dinlebini yükləməkdir. Ya da alıb oxuya bilərsiniz. Uzun sözün qısası, dəhşətli və şiddətli şəkildə bu kitabı oxumağınızı tövsiyyə edirəm.
İyi Evlat
İyi EvlatYou-jeong Jeong · Doğan Kitap · 2021109 okunma
·
547 görüntüleme
Aria okurunun profil resmi
Kitab diqqətimi çəkdi, oxuyacam. 🤩 İncələmən möhtəşəmdir❤
admiral914 okurunun profil resmi
Möhtəşəm gününüz olsun💜
Dronqo okurunun profil resmi
“Hədiyyə et” funksiya ilə sizdən ödəniş istənilmirki?Yəni siz hədiyyə etmək üçün ödəniş etməli olacaqsınız yoxsa yox?🥲
admiral914
admiral914
admiral914 okurunun profil resmi
Mənim aylıq ödənişimin üzərinə əlavə bir ödəniş tələb edilmir
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.