Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

94 syf.
8/10 puan verdi
·
28 saatte okudu
Rus yazıçı Anton Çexovun 1896-cı ildə yazılmış 4 pərdəli "Martı" teatr oyunu 13 personajın iştirakı ilə səhnələşdirilir. Personajlar əsasən ziyalı təbəqədən, aktyor və aktrisalar, yazarlar həmçinin gənc və savadlı qızlardır. Mən Çexovun nəzərində "martı"-nın kim olduğuna qərar verə bilmədim, amma nacizanə düşüncələrimi paylaşım yenə də :) Pyesdə yenilikçi, fərqli düşüncəyə sahib obrazlarla daha çox köhnəyə meyilli, yeniliklərə açıq olmayan, bir-birindən fərqlənən, lakin bəzən ortaq nöqtədə birləşə bilən obrazlar qarşılaşdırılır. Bu köhnə və yeni qarşılaşdırması nəticəsində Çexov həmin dönəm Rusiyasının dəyişimə, yeniliyə, müasirləşməyə olan meyllərini və buna mane olan səbəbləri araşdırır. Qısaca desək, yazar Rusiyanın dəyişim sancılarında bəhs edir. Arxa planda bu hadisələr davam edərkən, obrazlar və onlar arasındakı sevgi münasibətləri, sinif fərqləri, tənhalıq, vicdan kimi mövzulara da toxunulur. Ümumiyyətlə yazarın bu hekayədə yalnız bir tərəfə mərkəzləşmədiyini düşünürəm. Qısa olsa da, çoxlu mövzuya toxunulur və düşünürəm ki, bunların hər biri üzərində düşünülməli mövzulardır. Personajların hər birinin həyatdan gözləntiləri, xoşbəxtlik axtarışları, istədiklərinə sahib olsalar belə, bir bütün ola bilməyişləri, daxili çəkişmələri, vicdan əzabları ustalıqla təsvir olunur. Gənc yazar Treplev ilə bir qədər yaşlı və artıq məşhur olan Trigorin arasındakı qarşılaşdırma bir növü sənətin müxtəlif tərəflərinin və ya ədəbiyyatın cərəyanlarının qarşılaşdırılması kimidir. Treplev düşüncələrin,sənətin müəyyən qəliblər halına salınmasının əleyhinədir və həyata daha geniş pəncərədən baxır. Trigorin isə tam əksini düşünür. TREPLEV Biçimin eskiliğinde ya da yeniliğinde değil iş, yazdığın şeyi hangi biçimde olduğunu düşünmeden yazmanda, çünkü sözler özgürce akmaktadır ruhundan, bunu gitgide daha iyi anlıyorum… “Martı”nın insan münasibətləri,uğur,xoşbəxtlik və bütövlük axtarışı kimi mövzuları özündə saxlayan kiçik amma mühüm mesajlar ötürən maraqlı bir əsər olduğunu düşünürəm. Oxuduğum maraqlı bir məlumatı da qeyd edim: Henri Troyat'ın yazdığı Çexova və əsərlərinə dair məlumatları özündə birləşdirən "Çexov" adlı kitabda qeyd edilənlərə görə, Çexov, oyunun 1896 -daki ilk göstərişinin uğursuzluqla nəticələnməsi səbəbindən, kitabın nəşr edilməsini istəməmiştir. Kitabda dostu Suvorin'ə yazdığı məktupdan bir alıntı verilir və "Dünən axşamı heç unutmayacağam, amma yene də yaxşı yatdım və indi olduqca xoşbəxt şəkildə gedirəm. Artıq heç vaxt nə pyes yazacağam ,nə də səhnələşdirəcəyəm." deyə yazdığı qeyd edilir. Yenə kitapda yazılana görə, bir neçə gün sonrakı ikinci göstəriş büyük uğur qazanmış və Çexov'un masası təbrik məktubları ilə dolmuşdu. Çexov ancaq bu uğurdan sonra kitabın nəşr edilməsini qəbul etmişdir. Bu məlumatla da anlamaq olar ki, ”Martı” Çexovun yaradıcılığında özünəməxsus yer tutur və bu pyesdən sonra Çexov ədəbiyyata və səhnəyə digər əsərlərini qazandırmışdır.
Martı
MartıAnton Çehov · İş Bankası Kültür Yayınları · 201620,2bin okunma
·
957 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.