Gönderi

712 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Dune - Frank Herbert
▪️Son zamanlar kitabsevərlərin çoxca eşitdiyi bu kitab seriyasının ilk kitabını mart atında oxusam da postunu bölüşmək üçün özümdə indi cəsarət tapıram. ▫️Seriyanın ilk 6 kitabı 1965-1985-ci illər arasında F.H tərəfindən nəşr olunur. Yazmağa isə 1950-ci illərdə başlayıb. 1986-cı ildə müəllifin ölümü ardından 6 kitabı isə oğlu Brain Herbert qələmə alır. Ən yaxşı elmi-fantastik ədəbiyyat üzrə bir çox mükafata layiq görülən əsər, müasirlərinə, hətta Star Warsa belə ilham olur. ▪️Mövzu: Bir səhra planeti olan Arrakisə (Dune) Caladandan Atreides xanədanı göndərilir. Bu planetdə Melanj adlı ədviyyat, maddə çıxarılır ki, hamı üçün qızıldan belə dəyərlidir. İkinci dəyərli maddə isə Sudur. Hadisələr bu planet uğrunda gedən mübarizələr, Harkonnenlər, İmparator Sarduakarları, Lonca, Bene Geserritlər ( Qızlara zehini və fiziki cəhətdən təhsil verən qədim bir məktəb/birlik), Fremenlər, din, siyasət, fəlsəfə, sevgi, güc, gələcəyi görmək, zehin oxuma və s. ətrafında davam edir. Süjet xətti mövzu Paul Usúl Muad'Dib Atreides, Dük Leto, Lady Jessica, Chani, Duncan İdaho, Gurney, Thufir Hawat, Stilgar, Liet Kynes kimi obrazların möhtəşəmliyini ilə oxucuda dərin həyəcan və izlər yaradır. ▫️Qeyd edim ki, öz terminalogiyası olan kitabı oxuyarkən arxadakı açıqlamalara tez-tez nəzər salın. Əsərdə ərəb mənşəli sözlərdən istifadə olunduğu da nəzərimdən qaçmadı. (Zensünni, Şeyx Hulud, cihad, Seyidina və s.) Fremenlərin dini isə İslama çox yaxındır. Ümumilikdə, bu xalqın adətləri, səhradakı hakimiyyəti, suya verdikləri dəyər, damıtıcı giysiləri mənə çox maraqlı idi. ▪️ Qısaca, əzbər bilmək istədiyim, dəfələrlə oxusam da doya bilməyəcəyim, ilk dəfə bir kitabın içində olmaq istərdim dediyim, hər obrazına, mövzuya, evrene, F.H zəkasına aşıq olduğum bir səyahəti təsirindən əsla çıxa bilməyəcəyim şəkildə bitirdim. İndi ikinci kitabını oxumağa davam edirəm. ▫️Keşkə hadisələr və obrazlar üzərindən öz fikirlərimi sizə tam şəkildə yaza bilsəm. Nə dərəcə bəyəndiyimi heç cür ifadə edə bilmədiyim üçün post ürəyimcə olmadı amma spoiler vermədən səmimi şəkildə özümü ifadə etməyə çalışdım. Oxuduğunuz üçün təşəkkür edirəm Bitdi: 13.03.2022 19:53
Dune
DuneFrank Herbert · İthaki Yayınları · 202111,8bin okunma
·
102 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.