Gönderi

344 syf.
10/10 puan verdi
Frida Kahlo ya Varis?
”Hal-hazırkı vəziyyətdə qadınlar arasında geniş yayılmış və tam məlumatlı olmadan kumir olaraq seçilən “Qadın gücünün təcəssümü” adlanan Frida Kahloya nəzərən daha çox işıqlandırılmalı olduğunu düşünürəm əsərin və yazarın. Bu gəldiyim qənaət kor-koranə deyil əsla. Hər iki güclü qadının həyat hekayəsini mütaliə edərək bu düşüncəyə gəlmişəm. Firda Kahlo ilə daha əzmli, güclü ola bildiyimiz halda, Waris Dirie ilə isə həm özümüz, həm də qadın zorakılığından əziyyət çəkən digər həmcinslərimizə dəstək ola bilərik. Əsəri oxuduqca bu sözü xatırladım: “Toxun acdan nə xəbəri!” Həqiqətəndə biz yaşadıqlarımızdan, gördüklərimizdən, eşitdiklərimizdən və ən əsası indiki zamanda oxuduqlarımızdan ibarətik. Bu kitabı oxuyarkən keçirdiyim hissləri hansı sözlə ifadə edə biləcəyimi bilmirəm. Çağdaş dövrümüzdə qadınlara qarşı olun bu iyrənc, axmaq, ağlasığmaz yanaşmaların bitməsini bütün ruhumla, qəlbimlə arzulayıram. Unutmayaq! Unutmayaq ki, daima deyirəm indi də təkrar edirəm: “Qadın bəşəriyyətin özəyidir.” Qadına olunan münasibətlə gələcəyə, bəşəriyyətə,cəmiyyətə olan öz tövhənizi verirsiniz. Yaxşı ki, oxuduqlarımdan.” ”Yaşa dolduqca və dünyagörüşüm artıqca başa düşdüm ki, mən tək deyiləm. Sünnət olunduqdan sonra dözməli olduğum problemlər dünyada mənin kimi milyonlarla qıza,qadına da əziyyət verir.Cahil bir ayin səbəbindən Afrika qitəsində yaşayan qadınların əksəriyyəti həyatları boyu ağrı çəkməyə məhkum olur. Anam kimi səhrada yaşayan köməksiz və pulsuz qadınlara bəs kim kömək etməlidir? Səsini belə çıxara bilməyən çarəsiz balaca qızların dadına kimsə çatmalıdır axı. Mən də həyatıma köçəri kimi başladığıma görə fikirləşdim ki, onlara kömək etmək mənim insanlıq borcumdur.”
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20143,041 okunma
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.