Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

168 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Yenə Rus ədəbiyyatı (I)
Oxuyub çooox sevdiyim çox az kitab olub. Bunlardan birincisi -
Yeraltından Notlar
Yeraltından Notlar
, ikincisi -
Aylak Adam
Aylak Adam
və üçüncüsü də bu kitab (
Küçük Burjuvalar
Küçük Burjuvalar
) oldu. Bunları oxuma ardıcıllığına görə yazdım və bu kitabları bir-biri ilə müqayisə etməyi ("hansı daha çox yaxşı idi" filan) belə düşünmürəm. Kitab 4 pərdədən ibarət, bir məkanda baş verən və bu məkan daxilindəki insanların dialoqlarından ibarətdir. Düzdür, bu kitabı sadəcə bir bədii əsər adlandıra bilmərik, çünki siyasi önəm də daşıyır. Amma yenə də əgər Maksim Gorki bu gün yaşasaydı, yenə buna bənzər bir kitab yazardı, amma bu zaman gənc nəslin öncəki nəsilə qarşı üsyanını daha qabarıq şəkildə təsvir edərdi.
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
-nin kitablarında olduğu kimi burada da, yazar kapitalizmə, mövcud siyasi sistemə, çarlığa, sinfi fərqlərə olan mövqeyini nümayiş etdirib. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu ərəfələrdə (1900-cü ildən çox uzaq olmayan öncəsi və sonrası) təhsil sistemində fərqliliklər olub, yəni mənə görə. Çünki, kitabda ata obrazında olan Bessemyonov, övladlarının onlara qarşı olan hərəkətlərinin səbəbini təhsil sistemində, təhsil almalarında görür. Türklərdə bir söz var: "yozlaşmak" - bizim dildə tərcüməsi deyəsən, "degenerasiya"dır. Yəni təhsilin övladlarını "yozlaştırdığını" düşünür. Məncə, bu bu mənzərə ilə - yaşlı nəslin gənc nəsli anlamamasını - həm Azərbaycanda, həm də digər üçüncü dünya ölkələrində çox qarşılaşırıq. Gənclər üçün bir manifest seçsəydim, bu kitab bizim manifestimiz olardı. Bəlkə də, buna bənzəyən öz manifestimizi yaza bilərdik. Kitabın ilk səhifələrində obrazlarla bağlı fikirləriniz, sonrakı səhifələrdə dəyişilə bilər. Kitabdakı filosof obraz, məncə, Teterov idi. Bu kitab, Gorki-nin necə gözəl yazdığı ilə bağlı nümunə oldu, yəni üstündə dayanılacaq bir yazardır. Hər kəsə, xüsusilə, bacarırsınızsa, yaşlı nəsilə oxutdurmağı tövsiyə edirəm (kitab oxuyan yaşlı nəsil, oxumayanlardan daha az radikal düşüncədə olarlar, amma yenə də kitab oxumaları gənc nəsili anladıqlarını göstərmir).
Küçük Burjuvalar
Küçük BurjuvalarMaksim Gorki · Türkiye İş Bankası Kültür Yayınları · 20141,489 okunma
·
343 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.