Gönderi

336 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Romanı Teass Press nəşriyyatının alababat tərcüməsində oxudum. Elə yazıçının adının dilimizə çevrilməsindən gördüyünüz kimi( Ən yaxın və ölkəmizdə yayılmış üç dildə Kosinski, bizim tərcümədə və ya redaktədə deyək Kojinski) istər qrammatik, istər sintaktik, istərsə də ümumi ədəbi tərcümə baxımından qüsurların əskik olmadığı tərcüməsində. Gələk yazıya. Kitab, müəllifin 32 səhifəlik önsözü ilə başlayır. Demək olar ki, hər səhifə müəllifin özünü təmizə çıxarma cəhdləri, müxtəlif alibilərlə doludur. Araya xronoloji hadisə və hekayətlər əlavə olunub. Bu önsözdən belə başa düşmək olar ki, yazar işini 5 romandan ibarət bir ədəbi toplu kimi düşünürmüş. Məqsədi sırf ədəbi əsər ortaya qoymaq olub, ədəbiyyatı, insan həyatının ən ağrılı situasiyaları üzərindən qələmə almağı məqsədəuyğun sayıb və bunun ən tutarlı mövzusu kimi müharibəni təsvir edib, o müharibədə etnik ayrıseçkiliyə görə xüsusi əziyyət çəkən bir uşağı hadisələrin mərkəzinə gətirib. Yazar yahudi, qəhrəmanımız yahudi, hadisələr isə Hitler nasizminin tüğyan etdiyi dövrdən - sönənə kimi olan vaxtı əhatə edir. Razıyam, dilə gətirilməyəcək, təsəvvürə sığmayacaq işgəncələr romanda mümkün qədər detallı təsvir olunub. Razıyam, bu işkəncələr insan əzabını kifayət qədər açıq izah edir və ən əsası dövrün Avropasında belə tip işkəncələr labüd idi. Ən əsası da bu yazının içində kifayət qədər simvolizm, sətiraltı, söz oyunları və bir çox aşkara çıxara bilmədiyim ədəbi texniki nüanslar var. RAZI DEYİLƏM- yazıçı bu mövzunu sırf ədəbiyyat xatirinə seçib. Əgər ədəbiyyatdırsa, onda önsözün özü də niyə qurma olmasın? Niyə də Koşinskinin yaşadıqları hansısa təşviqat kompaniyasının tərkibi olmasın?(Sual-Paradoks) Əsərdə kifayət qədər aça bilmədiyim simvolizm nümunələri var. Göyərçinlə, ilanla bağlı hekayələr nə demək istəyir? Dövrünün post-modern etikasına uyğun şəkildə, yazıda qismən sado-mazoxist, qismən aşırı romantik seksual ağırlıqlı səhnələr var ki, fikrimcə, bəziləri yazıya dəblə ayağlaşsın deyə, süni şəkildə yapışdırılıb. Din- katolik xristianlıq şahmatda üç gedişə mat deyə bildiyimiz sadə və süni bir texnika ilə aciz qoyulub ki, məncə də kifayət qədər yerindədir. Nəzərə alsaq ki, Kamyu Vəba əsərində daha mürəkkəb iş görür və katolisizmi kifayət qədər hörmətlə təhqir edir, burda Kojinski mütaliəçini yox, kütləni seçir. Əsərin əksər hissələrində olduğu kimi(təşviqat ;)) Bütün bu acı taleyin qabağına kim çıxsa yaxşıdı? Kommunizmin ögey atası- yoldaş Stalin. İşğaldan azad etdiyi yerlərə axın-axın sosial rifah, şəfqət, sistem yerləşdirən tavariş Stalin. O uşaqların qoruyucusu, gənclərin himayəçisi, ədaləti bərqərar edən dahi. Dünyanı Nasizm xəstəliyindən Kommunizm xülyasıyla sağaldan bığlı səfeh. Öz ölkəsində milyonları acından qırıb başqa xalqlara firavan həyat vəd edən ağılsız. Bütün bunları əsəri oxumaqla kifayət qədər ətraflı mütaliə edə bilərsiniz. Amma niyə sonda cənab Kojinskinin şəhərdə davamlı və müharibədən geri qalmayan bəzi hadisələrdən bəhs etdiyini bu kitabda yəqin ki tapa bilməyəcəksiniz. PS. Boyalı quş və uşaq arasında metafora kifayət qədər sadədir və kitabın kulminasiyasından sonra yazıçının özü tərəfindən demək olar ki aşkar göstərilir. Xoş mütaliə.
Boyalı Quş
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20204,626 okunma
·
185 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.