Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

112 syf.
8/10 puan verdi
·
23 saatte okudu
"Çador, annelerimizin, ninelerimizin geleneksel ve masum başörtüsü değildir yalnızca, kafalarımızdaki köprüdür. Örtünmek bir ahlak haline getirildiğinde, arkası mutlaka gelir; karara karara gelir. Örtünmenin sonu yoktur. Kadınlar kefene kadar örtünmek zorunda kalırlar." Murathan Munganın “Çador” romanında yaşanan İslam inqilabı ilə tamamilə dəyişmiş bir ölkədə yolunu və özünü axtaran bir gəncdən və həyatları, hüquqları, azadlıqları əllərindən alınmış, burkaya- gizlənməyə məcbur edilmiş qadınlardan bəhs edilir. İnqilabdan çox öncə xaricə üz tutan Akhbarın hekayəsi ölkəsində zülm və təzyiqlərin azaldığı bir vaxtda xatirələrini, uşaqlığını tapmaq, ailəsinə qovuşmaq və içindəki vətən həsrətini dindirmək məqsədi ilə yenidən ölkəsinə qayıtması ilə başlayır. Bütün qapılar üzünə qapanan Akhbar artıq ölkədəki mövcud reallıqla tanış olur, çətinliklə də olsa bu reallığı qəbul edir. Bununla da yazar dini idarəetmənin təzyiqlərini və bu təzyiqlərin insanlardakı yansımalarını təsvir edir. Mungan kitab boyunca bu ölkənin adını açıq şəkildə qeyd etmir, yalnızca müəyən ipucları ilə oxucunu yönləndirir. Qadınların bədənsizliyə, dilsizliyə, görünməzliyə məhkum edildiyi bir səhra ölkəsi. Tək başına küçəyə çıxma haqları belə olmayan, yüksək səslə danışa, gülə bilməyən, sanki izlərinin itirilməsi, mövcudluqlarının silinməsi üçün çalışılan qadınların ölkəsi. Qadınların məhkum edildiyi bu həyat nəticəsində cəmiyyətdə yalnız qadın və qadınlıq anlayışları deyil, həmçinin qadın varlığını, qadın şəklini itirən kişilər də get-gedə məhv olurdular. “Burkalarının altında yalnızca kadınlar kaybolmuyor. Erkeklerin bütün hayal güçleri, imgelemleri de tükeniyor. Kadınların yüzü bomboş bir çöle dönüşüyor ve bu çöl, kadının bir serap olarak bile görülmesine izin vermiyor. Kadını kendinden yapılma bir çölde, kendi çölünü bekleyen bir çadıra dönüştürüyorlar. Kadınların bütün imgesi kapatıldıkları çadırların içinde çürüyor. Dünyadan boşalmış kadınlarla birlikte, erkeğin gözleri siliniyor, zihninde kaybolmaya başlayan kadın imgesiyle birlikte geçmiş yok oluyor, gelecek ümitsizleşiyor, bellek ve hayal gücü bulanıyor.” Məni düşündürən suallardan biri də bu oldu: Bəs belə bir ölkədə qadın kimdir? Onun bu cəmiyyətdəki rolu nədir? Ümumilikdə “Çador” qadın üzərinə yazılmış bir roman olsa da, kitabda qadın xarakterə yer verilmir. Qardaşını, bacısının oğlunu itirmiş Akhbarın yaşamla tək bağı anasını, bacısını və geridə buraxdığı sevgilisini tapmaq olur.Bu axtarışın nəticəsiz olacağı oxucuya çox öncədən bəllidir. Qadınların heç bir varlıq izi buraxmadan, fərq edilmədən həyatlarına davam etdikləri bu ərazidə axtarılan qadınlar əlbəttə tapılmayacaqdı. Yazar bu qısa romanda bizlərə əxlaq anlayışının başörtüsünün heç bir növündən keçmədiyini, qadının kişinin namusu, əxlaqı olaraq dəyərləndirilməsinin öz bədəni üzərində söz haqqını itirməsinə, əksilməsinə və sonda heç olmasına gətirib çıxardığını anladır, dini və faşist idarəetməni ciddi şəkildə tənqid edir. Bəs həqiqətən də burkaya gedən yol çadordan mı keçirdi?
Çador
ÇadorMurathan Mungan · Metis Yayınları · 20201,216 okunma
·
1 artı 1'leme
·
687 görüntüleme
Ayçilər okurunun profil resmi
Çador İran, İraq və fars mədəniyyəti sahəsində və ya bəzi digər ölkələrdə bir çox qadının geyindiyi üst paltar və ya açıq paltardır.
Ayçilər okurunun profil resmi
Burka(Pərəncə) -Əfqanıstanda çardaq və ya Orta Asiyada paranja kimi tanınan burqa və ya burka bəzi İslam ənənələrində qadınların geyindiyi bədəni və üzü örtən üst paltardır.
İrfan Gülmez okurunun profil resmi
“Çok büyük bir problemdir karşımızdaki: Yazılı tarihi de aşıp, hayvanlar âlemine dek uzanan bir ezilme... Kadın özgürleştirilmemiştir, ‘ev hizmetine’ terfi ettirilmiştir, değişik bir biçimde kullanılmak üzere yükseltilmiştir… Sevgi ve onay bulmak şöyle dursun, mülkiyete ve denetim altına girmiştir. İşte bu noktada kadın, ‘utangaç gelin’den çıkıp ‘cadaloz’a dönüşür.” Shulamith Firestone
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.