Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

112 syf.
7/10 puan verdi
·
14 saatte okudu
Rus ədəbiyyatının tanınmış realist yazıçılarından olan Turgenyev “İlk aşk” əsərində yalnız ilk sevginin gənclik həyəcanları ilə dolu, romantik, çılğın və ehtiraslı halını təsvir etməklə qalmır, həmçinin həmin dönəm rus cəmiyyətində baş verən dəyişimlərə, ailədaxili çəkişmələrə və valideyn-övlad münasibətlərinə də toxunur. Bir dost məclisində Vladimir Petroviçin ilk sevgisindən bəhs etməsi ilə başlayan hekayə, insan ruhunun sevməyə, sevilməyə, arzulanmağa olan ehtiyacından və bu ehtiyacların insanı gətirə biləcəyi nöqtələrdən də bəhs edir. Mövzu etibarilə yaşca böyük olan qarşı cinsə duyulan sevgi kimi klassik bir mövzu ələ alınsa da, yazar hər personaj üzərində xüsusi diqqətlə işləyir, onlar arasındakı münasibətləri ustalıqla təsvir edir. Bu hər nə qədər Vladimir Petroviçin ilk sevgi hekayəsi kimi verilsə də, həm də hər daim qarşı cinslərin diqqət mərkəzində olan, sevilən, bəlkə də artıq fərqlilik axtaran Zinaidanın sevgi axtarışı hekayəsidir. 21 yaşında gənc, gözəl bir qadın kimi təsvir edilən Zinaida xarakterinin timsalında qadın ruhuna səyahət edir, duyğusal ziddiyyətlər, qərarsızlıqlarla baş-başa qalırıq. Mənim narsist xüsusiyyətlərə də sahib olduğunu düşündüyüm Zinaida ətrafındakı qarşı cinsləri sevmədiyi halda onlarla flirt edir, güclərindən istifadə edir və bunu onlara etiraf etməkdən də çəkinmir. Zinaidanın istədiyi onların onu sevməsi deyil, sevilə bildiyini hiss etdirməkləri idi. Buna bir növ eqo tətmini və ya güclü hiss etmə ehtiyacı kimi baxıla bilər. Bəs Zinaidanı Vladimirin gözündə bu qədər özəl, bu qədər məsum edən nə idi? İlk eşq dedinizsə, yanılmadınız. Gənc Vladimir gənclik həyəcanı ilə Zinaidanın təsirinə düşür, ona qarşı əvvəlcə sevgi, daha sonra isə güclü bir bağlılıq duyur. Onu gözündə yüksəldir və gənc qızın heç bir hərəkəti onu bu zirvədən aşağı endirmir. Hətta Vladimir sevilmədiyini bildikdə belə acısından gizli bir zövq alır. Bundan əlavə əsərdə Vladimirlə atası arasındakı münasibətlərə də toxunulur. Atasını mükəmməl amma soyuq bir xarakter kimi təsvir edən Vladimir atasıyla Zinaida arasındakı münasibətdən xəbərdar olduqdan sonra belə onların hər ikisi haqqında sevgi ilə danışır. İlk sevginin çılğınlığının, qarşılıqsız sevginin, xəyanətin və sevilmə, bəyənilmə arzusunun təsvir edildiyi bu romanın artıq əvvəllərində sonu oxucuya məlum olur. Yazıldığı dönəmi və yazıçının ilk əsəri olmasını da nəzərə alaraq, bir qədər tərəddüd etsəm də, 6.5-dən 7 ilə qiymətləndirdim. Fikrimcə, əsər yazarın yaradıcılığına daha yaxşı bələd olmaq üçün oxunula bilər, ancaq mənə xüsusi nəsə qatdığını deyə bilməyəcəm. Hər birinizə payızın yeni ayında xoş mütaliələr arzu edirəm.
İlk Aşk
İlk AşkIvan Turgenyev · Tutku Yayınevi · 20147,3bin okunma
·
198 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.