Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm, Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm. Zənnimcə, cəhənnəm odu etməz mənə təsir, Ondan da betər atəşi-hicranlara düşdüm. İslanmışa çox gəlmə hədə-qorxu yağışla, Məndən xəbər al, gör neca leysanlara düşdüm. Əvvəl ata sülbi, ana bətni və bu dünya, Hər dəfə cəza çəkməyə zindanlara düşdüm. Bir parça çörəkdən ötəri buğda misalı, Əzdi fələyin çərxi, dəyirmanlara düşdüm. Mən surətinin fikrinə daldıqca, ay üzlüm, Hər tazə ayın əvvəli nöqsanlara düşdüm. Aydın əlinə aldı qələm ta bu ümidlə, Bəlkə, sözə xatir dilə, dastanlara düşdüm.
Leysanlara Düşdüm
Leysanlara DüşdümAydın Xırdalanlı · Parlaq İmzalar Nəşriyyatı · 026 okunma
·
141 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.