Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

240 syf.
·
Puan vermedi
·
9 günde okudu
Psixoloji kitabları oxumağa həmişə tərəddüdlə yanaşıram, nəticədə oxuduqlarımızı tətbiq etməyə çalışırıq və ötürülən afirmasiyalar bəzən şəxsə görə yanlış ola bilir. Bəzən də oxuduğumuz kitabın girişi bizə kitab haqqında hər şeyi deyir, ki məncə psixoloji kitablara münasibətdə bu yaxşı haldır, kitabın hansı kontekstdə yazıldığından əmin oluruq. Amerikalı psixoloq-yazıçı Harriet Lerner'in adına daha öncə rastlamamışam, bu kitab hədiyyə edilənə qədər də yəqin ki, oxumayacaqdım. Kitabında ələ aldığı mövzu öz iç səsimizi tapmaq və bunun üçün də şəxsi və digər münasibətlərimizi dəyərləndirməkdir. İlk öncə onu deyim ki, müəllifin yazı üslubu çox sadədir, amma bu sadəlik də ölçülüdür, yəni kitabın psixoloq tərəfindən yazıldığı bariz hiss olunur. Dostluq, evlilik, ailə mövzuları geniş işlənib, amma iş mühitinə dair də fikirlərini oxumaq əla olardı. Xüsusi olaraq diqqət etdiyim bir nüans var, müəllif insan münasibətlərinə toxunarkən heç kəsi heç nədə günahlandırmır, yaşanılan pis hadisələr üçün bir "günah keçisi" axtarmır. Bunu yaşadıq çünki qarşımızdakı pis insandır şablonundan uzaq, problemin dərinlərinə enərək özümüzdə və qarşı tərəfdə mövcud ola biləcək travmalara toxunur. Bunu dərindən etmir, öz xəstələrinə münasibətdə nümunə və tövsiyələrindən danışır və çəkdiyi misala münasibətdə hansı yanaşmanın tətbiqinin necə effekt verdiyindən bəhs edir. Müəllif çıxışlarımızın olduğumuz yerə və insana bağlı dəyişə biləcəyini, bəzən olmadığımız biriymiş kimi davranmağın lazımlığını və hətta nə zaman nə deyəcəyimizin strategiyasını qurmalı olduğumuzu deyir. Kitabın sakitləşdirən, izahedici və səmimi təsiri var idi. Lakin razılaşmadığım bəzi nüanslar da oldu. Müəllifin mövqeyinə görə əlaqəmizi hər kəslə kəsə bilərik, amma ailəmizlə hər zaman açıq qapı qoymalıyıq. Ara-sıra özümüzü xatırlatmalı və əlaqəmizin yenidən gücləndirə biləcəyimizi unutmamalıyıq. Mən bu yanaşma ilə razı deyiləm, ailə mövzusunda həssas olmalıyıq, yetərincə düşünülməmiş qərarlar verməməliyik, doğrudur, amma bəzən ailə yad adamdan daha zərərverici və travma dolusu keçmiş qoya bilir insana. Kimliyindən asılı olmayaraq sevgi və hörmət duyğularımızı istəməyən və qarşılığında mənfi yüklü enerji ötürən birinə aşılamamalıyıq. Mental sağlamlığımız da fiziki qədər önəmlidir, oxunması zövq verən kitab oldu.
Bağlantı Dansı
Bağlantı DansıHarriet Lerner · Varlık Yayınları · 2014145 okunma
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.