Psixoloji kitabları oxumağa həmişə tərəddüdlə yanaşıram, nəticədə oxuduqlarımızı tətbiq etməyə çalışırıq və ötürülən afirmasiyalar bəzən şəxsə görə yanlış ola bilir. Bəzən də oxuduğumuz kitabın girişi bizə kitab haqqında hər şeyi deyir, ki məncə psixoloji kitablara münasibətdə bu yaxşı haldır, kitabın hansı kontekstdə yazıldığından əmin oluruq.