Gönderi

112 syf.
8/10 puan verdi
Kəpənək effekti
Yeni ildəki bədii qiraət macərama Lev Tolstoydan "Saxta kupon" hekayəsi ilə başladım. Kiçik yaxşılıqlar böyük xoşbəxtliklər yaratdığı kimi kiçik və ilk baxışdan məsum görünən yalanlar da böyük bədbəxtliklər törədir. Eyni ilə xırda qığılcımın böyük yanğınlara rəvac verməsi kimi. Əslində təkcə xırda yalanın gətirəcəyi təhlükələrdən bəhs etmir bizə bu hekayə... Bütün yanlışlıqlardan üstüörtülü söz açır. Hər hansısa qeyri-düzgün hərəkətimizi kimsə üzümüzə vuranda, bizə iradını bildirəndə "təkcə mənəm bunu edən? deyərək qəbahətimizə bəraət qazandırmağa çalışırıq. Zibil atılmamalı olan yerdə zibillər görürük, bir tum qabığı, bir siqaret kötüyü, bir selofan paket, bir kağız parçası da biz atırıq yanlış olduğunu bilə-bilə. Yanğını söndürməyə çalışan arı haqqında əhvalatı eşitmisiniz yəqin ki. Hamı əlində vedrələrlə yanğını söndürməyə çalışarkən arı da ağzında bir damcı suyu aparıb alovun üstünə atır. Bacardığım budur deyir. Hər kəs bacardığı yaxşılığı etsə, gördüyü ədalətsizlikləri desə, həqiqətləri söyləsə necə də gözəl olardı... Əgər başımıza gələn nələrdənsə narazıyıqsa, deməli, hansısa daş yerində deyil, deməli, haradasa səhv var... Böyük fırtınalar bir kəpənəyin qanaq çırpması ilə başlayır. P.S. Kitabı "Parlaq İmzalar"ın nəşri ilə "Yoldaş seriyası"ndan oxudum. Tərcüməni məqbul hesab edirəm, bəyəndim. Diqqətimi çəkən məqam isə seriyada kitabın oxunma müddətinin qeyd edilməsi idi: 1 saat 8 dəqiqə. Sizlərə də tövsiyə edirəm. Oxumayanlar oxusun, oxuyanlar başqa oxumayanlara tövsiyə etsin. #LevTolstoy #SaxtaKupon #Parlaqİmzalar #YoldaşSeriyası #KəpənəkEffekti
Saxta Kupon
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 2022331 okunma
·
161 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.