Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
·
Puan vermedi
ALJİR..çox tərəddüdlə başladığım kitablardan biri idi.Sonra mübadilə proqramı ilə xarici ölkəyə getdiyim zaman oxumağa başladığımda Qazaxıstanlı birinin canlı olaraq həmin yeri mənə anlatması həvəsimi artırdı... ALJİR 1937-ci ilin 3 dekabrında-NKVD-nin 00758 saylı əmri ilə yaradılan “Vətən xainləri”nin həyat yoldaşlarının saxlanıldığı Qazaxıstanın Akmola bölgəsindəki düşərgəsi. Kitabın əsas mövzusu repressiya dövrünün qaranlıq səhilərini bizim qarşımızda açır deyə bilərik.Sovet ingilabının əsgərləri,sosializmin qurulması üçün gecə-gündüz çalışan əsgərlərinin günlərin birində inancları dağıdılaraq “Vətən Xaini” adlandırıldılar.Əsərin baş qəhrəmanı Fərhadın dilindən desək: “İnqilabın doğurduğu ümidlər həmişə şişirdilir.Bizə məhz həmin şişirdilmiş ümidlər təqdim olundu.Nəhəng bir şarın içində olduğumuzun fərqinə vara bilməzdik.Və mənim xidmətim 15 dəqiqəlik məhkəməyə dəydi.Əgər kiminsə haqqında artıq qərar vermisənsə,qarşı tərəfi dinləməmək ümumi haldır.GÜLLƏLƏNMƏ...” Əsər boyunca qadınların yaşadığı dəhşətlər anlatılır:İşgəncələr,təcavüzlər,aclıq,səfalət,sevdiklərinin həsrəti... Əlləri qələm tutmalı olan ziyalı xanımlar bel,kürək çevirirdi.Daima öz prinsipləri uğrunda mübarizə etmiş “Yaşamağın intihar olduğu yerdə intihar lüzumsuz qalıb”deyən Gülnarədən neçə-neçə ziyalı xanıma qədər.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019192 okunma
·
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.