Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
1937. ALJİR. Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
Yazar:
Ülviyyə Tahir
Ülviyyə Tahir
Tahmini Okuma Süresi: 7 sa. 29 dk.Sayfa Sayısı: 264Basım Tarihi: Ağustos 2019Yayınevi: Parlaq İmzalar
ISBN: 9789952525205Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
9/10 puan verdi
·
6 günde okudu
TARİXİMİZİN QARA SƏHİFƏLƏRİNDƏN BİRİ...
Açıqcası, "Buqələmun" əsərilə Ülviyyə xanımın qələmini kəskin şəkildə qırmışdım. ALJİR.i oxumağıma vəsilə olan müzakirə olmasaydı, yəqin ki, çox çətinliklə müraciət eləyərdim yaradıcılığına. Lakin ALJİR bir başqa oldu və yazıçının qələminin nə qədər püxtələşdiyini göstərdi. Araşdırmalar əsasında yazılması, tarixi materiallardan,
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
4 günde okudu
Kitabı oxuyana qədər repressiyalara, sürgünlərə qurban olanların müsavatçı, pantürkist olduğunu zənn edirdim. Fərhad və Gülnarənin timsalında sovet dövrünə böyük inam bəsələyib, həyatını bu ideolagiyaya qurban verən insanların sonda yanıldığını, Pərvanə kimi manqurtlaşdırılan azərbaycanlı uşaqların varlığını gördüm. Birdən-birə həbs olunur, materialist düşüncə və Stalinə edilən pərəstişlə işində heç bir halda müsavatçı ruhu ilə yaşamadığını inandırmağa çalışır, bunub müqabilində ağır işgəncələrə məruz qalaraq yaşadığının ağ yalandan ibarət olduğunu görürsən. Bu həqiqətən də çox ağırıdır. Eyni zamanda kitab sürgün həyatının ağırlığı, başlanğıcı və sonundakı uçurumlar olan talehləri müqayisə etmək, məntiq və qəlbin mümkün olduğu bütün təsvir və təsdiqləri düşünməyə bir növ məcbur edir və insanın bütün varlığını sarsıdır və dərindən iz buraxır. Kitabın sonunda sürgün həyatı yaşamış 44 azərbaycanlı xanımın adlarının qeyd edilməsi isə ayrıca təqdirə layiqdir. Oxunmasını mütləq tövsiyə edərdim, xoş mütaliələr!
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
·
5 günde okudu
Düşünərək yaşayanlar üçün...
Əsərin verdiyi hissləri sözlərlə ifadə etməyi bacarmıram. Xalqımızın repressiya illərində çəkdiyi ağrılı hadisələrdən biri olan "Aljir", yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına həsr olunub. Qara siyahıya bəyaz hərflərlə yazılmış Akmol qurbanlarımız. Əslində həyatın mənası, yaşamağ burada sorğulandı. Mən şəxsən öz adıma düşünürəm ki, kitabda qeyd olunan özbaşınalıqlar ve guya ədalət çərçivəsi daxilində olan ƏDALƏTSİZLİKLƏR aysberqin sadəcə görünən bir parçasıdır. Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər axı? Hətta gələcəkdə övladından "sizdən-valideynlərimdən nifrət edirəm" cümləsi ilə bitən məktub almışsa? Necə deyərlər, yaşamağın intihar olduğu yerde, intihar lüzumsuz qalıb... Mən bu incələməni məni dərindən sarsan, düşündürən, yerlə-bir edən və emosiyalarıma hakim ola bilmədiyim Firuzənin bir cümləsi ilə bitirmək istəyirəm. " Bu gün ana oldum. Amma unutmuşam, unutmuşam ki, məni axırıncı, ya da birinci dəfə kim zorlayıb..."
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Düşünərək yaşayanlar üçün..."
Ülviyyə Tahir'in qələmindən olan "ALJİR", yazıçının oxuduğum ilk əsəri oldu. Kitab 1930-cu illərin repressiya qurbanlarının yaşadıqlarını nə qədər acı olsa da, çox aydın və gözəl şəkildə bəhs edir. Oxuduqca hər bir hadisə gözümün önündə canlanırdı. Sanki onların birə-bir şahidi olur, repressiya qurbanlarının ədalətsiz, lakin məcbur olaraq yaşadığı hər bir zülmü, ağrını, çarəsizliyi hiss edirdim. Və mən düşünürəm ki, hər bir azərbaycanlı şəxs bu kitabı oxumalıdır. Çünki, tarixin qaranlıq səhifələrində olan bütün acı həqiqətlər gün işığına çıxmalı və unudulmamalıdır.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..."
Kitabın məzmunu ilə bağlı yazmayacağam, belə incələmələr kifayət qədər var. Ki onsuz da adından, üzərindəki "1937" yazısından mövzunun nə olduğu, nədən bəhs edildiyi anlaşılır. Mən, sadəcə, kitabın məndə buraxdığı təsiri yazmaq istəyirəm, az da olsa... Ülviyyə Tahir qələmindən oxuduğum ilk kitab oldu "Aljir" və unudulmaz kitablardan olacaq mənim üçün. Uzun müddətdir məni ağladan bir kitab oxumamışdım. Budur, roman bitdi, yazıçının "Son söz" yazısını belə göz yaşlarım yanağımdan süzülərək oxudum. O qədər ağırdır və o qədər ağrıdır ki... Bunu sözlərlə ifadə etmək çətindir. Roman olaraq (yüngülləşdirilmiş formada) oxuyub bu qədər təsirləndiyimiz, sarsıldığımız halda, real olaraq yaşandığında hiss edilənləri təsəvvür etmək mümkün deyil... Göz yaşları ilə oxuduğum "Son söz"dən: "...asan olmadı. Oradakı məhrumiyyətlər, kədər o qədər böyük idi ki, arada romanı yarımçıq qoymağı da düşündüm. Bu romana görə repressiya olunmuş milyonlarla insandan üzr istəyir və layiqincə öhdəsindən gələ bilməmişəmsə, ruhlarından əfv diləyirəm. Çünki həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..." (sh.252)
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"ALJİR" sözü "Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi" ifadəsinin rus dilindəki qarşılığının qısaldılmış formasıdır. Adından da göründüyü kimi, əsər 30-cu illər repressiyaları zamanı "Vətən xaini" adlandırılmış insanların həyat yoldaşlarının Qazaxıstanın Akmol düşərgəsində yaşadıqlarından bəhs edir. Onları "Vətən xaini" adlandıran dövlət 20 il sonra onlara bəraət verir. Sizcə də çox absurt deyilmi? Əsəri çox bəyəndim, müasir Azarbaycan ədəbiyyatından ən bəyəndiyim əsərlərdən biri oldu.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Kitabın adı "Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığ Akmol düşərgəsi" ifadəsinin rus dilindəki qarşılığının abreviaturasıdır. Adından da göründüyü kimi, əsər 30-cu illər repressiyaları zamanı "Vətən xaini" adlandırılmış insanların həyat yoldaşlarının Qazaxıstanın Akmol düşərgəsində yaşadıqlarından bəhs edir. Onları "Vətən xaini" adlandıran dövlət 20 il sonra onlara bəraət verir. Çox absurt deyilmi? Əsəri çox bəyəndim, müasir Azarbaycan ədəbiyyatından ən bəyəndiyim əsərlərdən biri oldu. Yazarın digər əsərlərini də oxuyacam mütləq
Ülviyyə Tahir
Ülviyyə Tahir
Aljir
Aljir
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bildiyiniz kimi bu əsərdə "vətən xainləri"nin həyat yoldaşlarının başına gələnlər, onların saxlanıldığı Akmol düşərgəsi, oradakı həyatları və üzləşdikləri çətinliklər göstərilir. Ötən əsrin 30-cu illəri ölkəmizin ən ağır illəri idi. Çünki o zaman Azərbaycan ziyalıları, ölkəmizin düşünən beyinləri, dahi sənətkarlarımız öldürülür, sürgün olunurdu, bəzən onlardan geriyə övladları da qalmırdı, bəzən həyat yoldaşları da sürgün olunur və ağrılı həyat şəraitində yaşamalı, ağır zəhmətlərə qatlaşmalı olurdular. Oxuduqca kommunist rejiminə nifrətim daha da artdı. Əsər bizə kommunizmin iç üzünü açırdı, repressiya dövrünü göstərir, bu hadisələrin səbəblərini də ortaya qoyurdu. Və əsərdə diqqətimi çəkən bir məqam. İllərlə kommunizmin inkişafı üçün çalışan, ona inanan, sadiq şəxslərə qarşı bu cür qəddarlıq, xüsusən də, ən yaxınlarının, səninlə eyni süfrədə oturan insanların sənin ən adi bir hərəkətini belə xəbər verməsi, yaxınlarının xəyanəti, bütün əməklərinin nəticəsi olaraq sürgün və ya güllələnmək... Həqiqətən, çox acıdır Əsərin nəşrinə və keyfiyyətinə söz ola bilməz. Düşünürəm ki, o dövr haqqında öyrənmək üçün ən yaxşı mənbələrdən biri də məhz bu əsərdir
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
"ALJİR" romanı Ülviyyə Tahir qələmiynən ilk tanışlığım oldu. Bu mükəmməl roman Tarixin qaranlığ səhvələrindən süzülüb gələn iztirabları, ağrılı-acılı Akmol düşərgəsini yeni nəsil üçün göz qabağına gətirdi. Kitabı oxuduğcan özümü, ruhumu Qazağıstan çöllərində təsəvvür etdim. Hadisələr həqiqət olması və həmdə bu həqiqətlərin öz ölkmizdə öz ana babalarımızn başına gəlməsi bizim boynumuza düşən məsuliyyəti daha da qabardır. Onların zülmə boyun əyməməyi, Gülnarənin şücaət, əzmi, iyrənc represiyanın amansız qanunları oxuduğcan adamın tüklərini ürpərdir.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
·
9 günde okudu
Düşünərək yaşayanlar üçün
həyat iztirablarla dolu hekayələrə çevrilirdi. Bir-birinin eyni olan günlərin fərqli yerdən iztirab gətirməsi boyayırdı rəngli səhifələri qaraya.. Xalqımın repressiya illərində çəkdiyi ağrılı hadisələrindən biri olan “Aljir”, yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına, elimizin qadınlarına həsr olunub. Əsərin
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Salamlar. Ilk öncə deyə bilərəm ki, Ülviyyə Tahirə minnətdaram. Kitab mənə çox təsir etdi. Obrazların keçirdiyi hissləri, o dövrün vəhşiliklərini çox rahatlıqla hiss edə bildim. Kitab sonlara yaxın daha emosional olmağa başladı deyə bilərəm. Repressiyanın necə vəhşiliklər doğurduğunu, bir ideologiyanın öz övladlarını necə yediyini, insanların əzablarını sümüklərimdə hiss edə bildim. Mənə görə artıq bu kitabı da hər bir Azərbaycanlı gənci oxumalı və tarixini daha yaxşı tanitmalıdır. Xoş mütaliələr əziz oxucular.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
ALJİR..çox tərəddüdlə başladığım kitablardan biri idi.Sonra mübadilə proqramı ilə xarici ölkəyə getdiyim zaman oxumağa başladığımda Qazaxıstanlı birinin canlı olaraq həmin yeri mənə anlatması həvəsimi artırdı... ALJİR 1937-ci ilin 3 dekabrında-NKVD-nin 00758 saylı əmri ilə yaradılan “Vətən xainləri”nin həyat yoldaşlarının saxlanıldığı Qazaxıstanın Akmola bölgəsindəki düşərgəsi. Kitabın əsas mövzusu repressiya dövrünün qaranlıq səhilərini bizim qarşımızda açır deyə bilərik.Sovet ingilabının əsgərləri,sosializmin qurulması üçün gecə-gündüz çalışan əsgərlərinin günlərin birində inancları dağıdılaraq “Vətən Xaini” adlandırıldılar.Əsərin baş qəhrəmanı Fərhadın dilindən desək: “İnqilabın doğurduğu ümidlər həmişə şişirdilir.Bizə məhz həmin şişirdilmiş ümidlər təqdim olundu.Nəhəng bir şarın içində olduğumuzun fərqinə vara bilməzdik.Və mənim xidmətim 15 dəqiqəlik məhkəməyə dəydi.Əgər kiminsə haqqında artıq qərar vermisənsə,qarşı tərəfi dinləməmək ümumi haldır.GÜLLƏLƏNMƏ...” Əsər boyunca qadınların yaşadığı dəhşətlər anlatılır:İşgəncələr,təcavüzlər,aclıq,səfalət,sevdiklərinin həsrəti... Əlləri qələm tutmalı olan ziyalı xanımlar bel,kürək çevirirdi.Daima öz prinsipləri uğrunda mübarizə etmiş “Yaşamağın intihar olduğu yerdə intihar lüzumsuz qalıb”deyən Gülnarədən neçə-neçə ziyalı xanıma qədər.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
·
Beğendi
Kitab müasir Azərbaycan ədəbiyyatında yazılan ən dəyərli əsərlərdəndir. Çox bəyənərək oxudum. Ülviyyə Tahirin qələminə söz ola bilməz. Heç bir artıq cümlə işlətmədən oxucunu yormadan gözəl əsər ərsəyə gətirib. Finalı isə möhtəşəmdir.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Parlaq İmzalar - Düşünərək yaşayanlar üçün...
Tarixi təcrübələrini bir yerə toplamayan, onlardan dərs çıxardıb gələcək nəsillərə ötürməyən xalqalar eyni təcrübəni təkrar yaşamağa məhkumdurlar. Kitabda şahidi olduğumuz bir neçə insanın çəkdiyi işgəncə və əzablar belə dözülməzdir. Onu yaşayanlar nələr çəkib, təsəvvür etmək mümkün deyil. Rəbbim bizə ikinci bir represiya yaşatmaması diləyiylə.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.