Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Hüquq-mühafizə əməkdaşı olmaq...
"Həkim ona dönə-dönə məsləhət vermişdi: -Əgər ağrı yayılmağa başlasa, vaxt itirmədən gəlin! Bu, yarada infeksiya var deməkdir. Nə olsun? Məgər bunu fikirləşməyə vaxtı var idimi? "Bir buna baxın!" Səhər mehmanxana sakini məhz bu cür demişdi. Aman Tanrım! "Bu", canilərin öz "qəhrəmanlıq"larına davam etməsinə icazə verməyən, bu mehmanxanadaca öldürülmüş yoldaşının intiqamını almağa çalışan polis idi. "Bu", ingilis dərzisinə paltar tikdirə bilməyən, hər səhər dırnaqlarına qulluq üçün manikürə getməyən adam idi. "Bu" üç gündür əbəs yerə yemək bişirən, ərinin aqibətindən belə xəbəri olmayan qadının əri idi. "Bu" işinin mütəxəssisi olub ayda iki min iki yüz frank alan, başladığı hər cinayət işini bitirən, caniləri həbsə atan, bir qalaq sənədin qarşısında oturub işləyən, xərclənən pulları sənədləşdirən, üstəlik aldıqlarının siyahısını və alış səbəbini də oraya əlavə edən, sonra da kassirlə uzun-uzadı mübahisə edən adam idi. Meqrenin nə avtomobili, nə milyonları, nə də çoxsaylı işçisi var idi. Bir-iki yardımçısı vardısa, onların da faydalı olduğunu əsaslandırmalıydı"
Sayfa 106Kitabı okudu
·
11 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.