Gönderi

520 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
İrlandiya yazıçısı Bram (Abraham) Stokerin əsərdir - Dracula. Əsər 1897 ci ildə may ayında çapdan çıxmışdır. Əsərin baş qəhrəmanı olan Qraf Dracula öldükdən sonra dirilən Vampirdir . Əvvəlki yaşamında çox ağıllı olan Qraf 400 illik vampir yaşamında isə daha ağıllı həmçinin hiyləgər və qəddardır. Vamipirlərin məkanı olan Transilvanyada qəsrdə yaşayan Qraf qərara gəlir ki Londrada ev alıb orda yaşasın və hərşey məhz belə başlayır. Jonathan Harker adında bir vəkil Qrafın ev alış satış işləri üçün Dracula qəsrinə yollanır Jonathan burda tükürpədən cinsdə hadisələr yaşayandan sonra qaçmağı bacarır lakin Londrada artıq vəziyyət dəyişib öncə Lusi adında bir qadın ölür daha sonra 'Demeter' gəmisi faciəli şəkildə qəzaya uğrayır küçələrde qurda bənzər it gəzməyə başlayır , Minka Harkerin alnında işarə peyda olur, şəhərə sandıqlar dolu Transilvanyadan torpaq gəlir və daha sirli hadisələr baş verir . Dr. professor Van Helsingi və Dr. Sevard hadisələri açmaq üçün batil inanclara baş vururlar. Əsər tək cümlə ilə möhtəşəmdir . Əsər gündəlik və məktublar şəkilində qəhrəmanların dilindən danışılır yayımlanmasından 100 ili keçməsinə rəğmən ilk günki kimi oxunur və sevilir . Dracula bu günə qədər haqqında ən çox film və fimlərin mövzusu olan əsərdir desək yanılmarıq. Alıntılar yox biraz vamipirlər haqqında məlumat vermək istəyirəm. •Vampirlər yemək yemirlər sadəcə qanla qidalanırlar. • Özlərini qurda, toza, yarasaya çevirə bilirlər • Qaranlıq bir dumanın içində gəzirlər • İlk dəfə getdiyi heç bir yerə sahibi tərəfindən dəvət olunmadığı təqdirdə girə bilməzlər • Sarımsaq, müqəddəs su, müqəddəs çörək, xaç və müqəddəs olan şeylərdən qorxular və əsla yaxın durmurlar • Yapangülü əgər tabutunun üstündə olsa əsla çıxa bilmirlər • Öldürmək üçün insan qiyafəsində olduğu halda başını kəsib ölü başın ağzına sarımsaq doldurmaq lazımdır ölü bədənin ürəyinə kazık saplamaq mütləqdir. • Günəş işığına əsla çıxa bilmirlər Əsərdə Dracula Kazıklı Voyvoda olaraq bilinir. Arminusun dediyinə görə Draculalar iblisələ alış-verişi olduğuna inanılan böyük və əsilzadə irqmiş .
Dracula
DraculaBram Stoker · Can Yayınları · 20214,082 okunma
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.