Gönderi

Səni unudacam. Bir gün heç olmamışcasına silib atacam səni. Bəlkə aylarla, bəlkə də illərlə ağrı içində heçliyə həbs olunacam, amma unudacam səni. Bəlkə heç ummadığım anda səni xatırladan bir mahnını eşitmək gözlərimi yaşardacaq, bəlkə də sənin olduğun torpaqlara ayaq basmaq ürəyimdəki külləri alovlandırmaq kimi olacaq, amma unudacam səni. Həm unutmaq dediyin nədir ki, insan ki özünü aldatmağı çox asan bacarandır. Mən də yavaş-yavaş özümü inandıracam, səni unutduğuma inandıracam, yaxşı olduğuma inandıracam, nə bilirsən bəlkə bir gün həqiqət olacaq. Sən kimsənki sanki. Səndən məni çıxsaq heç kim. Durduq yerə ağlamaların, saatlarla boş bir nöqtəyə zillənib baxmaların, qurulan xəyalların, qaçıb getmə istəyinin səbəbkarının sən olduğunu görməzdən gəlsək, heç kim.
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.