Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

175 syf.
6/10 puan verdi
·
Beğendi
·
50 günde okudu
Bəyaz gecələrdən sonra Dostoyevskidən ikinci kitab oldu oxuduğum. İki kitabın obrazları sanki eyni idi. Hər iki əsas obraz. Bu qədər gec oxumağıma səbəb kitabın mövzusu və ya sıxıcılığı deyildi, bəzi işlərim imkan vermirdi mütaliəmə. Kitab bir yerdən sonra məni açığı boğdu, çünki heç bir dəyişiklik olmayan məktublar bitmək bilmirdi. Belə düşünürəm ki, aşağı təbəqə insanların həyat tərzini, çətinliklərini əks etdirən bir kitab olduğu üşün insanlara yaxın gəlir. Amma elə bu kasıblığın bitməməsi yordu məni. Həyatımda baş verən bəzi dəyişikliklərlə bağlantısı olan bir kitab olduğu üçün mənə təsir etdi. Başqa vaxt oxusam bəlkə də Dostoyevski yazıb və hər kəs bəyənib təzyiqi və düşüncəsi ilə yalandan bəzəkli cümlələr yazardım. Məni çəkən tərəfi həyatımla bir oxşarlıq tapıb da sonunun necə bitəcəyi oldu. Bəzən mən də bir nöqsan olduğunu düşünürəm. Çünki hər kəsin sevdiyi kitablar mən də heç bir təsir bağışlamır.
İnsancıklar
İnsancıklar
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202361,8bin okunma
··
2 artı 1'leme
·
2.838 görüntüleme
Leyla Zeyniyeva okurunun profil resmi
Düşünürəm ki, sizdə nöqsan yoxdur. Əksər zamanlarda "hər kəsin sevdiyi" kitablar sadəcə bir neçə nəfərin sevməsi və digər insanlara təkid etməsindən qaynaqlanır. Məcburən oxuyan insanlar isə bəyənməsələr belə məcburən bəyəndim deyirlər. Çünki bəyənmək daha asandı, nəinki bəyənməyib niyə bəyənmədiyin haqda fikrini izah eləmək. Demək istədiyim odur ki, siz dürüst yanaşmısınız, "bəyəndim" deyib qısa müddətdə kitabın məğzini tamamən unudan insanlardan fərqli olaraq
Nəimi okurunun profil resmi
Gözəl düşüncələriniz üçün minnətdaram🌷, ciddən bəzən insanlardakı "hamı bəyənibsə mən də bəyənməyə məcburam" düşüncəsini anlamıram)
Aytac Yusifova okurunun profil resmi
Ayrı yazılan "də" şəkilçilərini görüb də cümlələri ilk anda anlamayanda, mən də özümdə bir nöqsan olduğunu düşündüm. Şükür ki yanlış düşünmüşəm
Nəimi okurunun profil resmi
🙂ilk anda kinayəylə mənə irad tutduğunuzu anladım mən də)) Şükür ki kitabla bağlıymış səhv anlamışam)
2 sonraki yanıtı göster
Jale Meherremova okurunun profil resmi
Sizinle eyni fikirdeyem
Nəimi okurunun profil resmi
Təşəkkürlr🙏🌷
Eldar Əfəndiyev okurunun profil resmi
Zorla axıra çatdırdığım əsərlərdən idi
Nəimi okurunun profil resmi
Eyni şəkildə mən də)
Nermin Feteliyeva okurunun profil resmi
Her kesin sevdiyi kitablar sizde tesir yaratsa,onda dusunun ki noksan var)
Nəimi okurunun profil resmi
O zaman sevinməliyəm)🙏
Jalə İslam okurunun profil resmi
Kitabı indi oxuyuram və sizə qatılıram. Məktublarda uyğunsuzluq var. Şəxslərin bir- birinə xitab formaları o qədər dərin cümlələrlə və şirinlik qatılaraq yazılıb ki, heç cürə ciddi qarşılaya bilmirəm. Məncə Dostoyevskinin ilk əsəri olduğu üçün bağışlamaq olar)
Nəimi okurunun profil resmi
Biz kimik ki bağışlayaq)) Açığı hələ ki iki kitabını oxumuşam. Eyni fikirdə olduğumuz üçün sevindim.🌷🙏 Xoş oxumalar.✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.