Əsər qadağan bir sevgi və onun fonunda məhv olan həyatlarla bağlıdı. Baş qəhrəman Necdet sevgisi və vicdanı arasında qalır, sevdiyi qadın isə çoxdan sevgini seçib və Necdeti də eyni seçimi etməyə məcbur qoyur.
Yazıldığı dövrə baxmayaraq çox sadə və axıcı dili var. Mənə "Aşk-ı memnu" əsərini xatırlatdı ama ondan daha yaxşıdı, kitab laiq olduğu şöhrətə sahib deyil məncə. Türk ədəbiyyatının həqiqətən özünəməxsus sehrli bir abu-havası var, insanı içinə çəkir.