Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Plüralizmin olmaması və yaradıcılıq azadlığının məhdudlaşdırılması dövlət dilini bərbad hala salan (sıxışdıran) digər maneələrdəndir. Bu proses zorakı təzyiq üsullarından və ya yumşaq gücdən (dolayı təsir mexanizmlərindən) istifadə edildikdə baş verir. Zorakı üsullara açıq-aşkar şəkildə yaradıcı şəxslərin təhdid edilməsi, zor tətbiqi və s. aiddir ki, bu yollarla tənqidi mövzuların işıqlandırılmasının qarşısını almaq məqsədi güdülür. Hökumətin müxtəlif dolayı vasitələrlə, məsələn, yaradıcı insanları dövlət büdcəsindən maliyyələşdirməklə, aşağı maaş verməklə, bir sözlə, maddi baxımdan asılı vəziyyətə salmaqla reallaşır. “Xalq yazıçısı”, “xalq şairi”, “xalq artisti”, “əməkdar elm xadimi”, “əməkdar incəsənət xadimi” və s. lazımsız titullarla təltif etmə, siyasi rəhbərlərin daha yaxşı mədhiyyəçilərini ev və digər maddi hədiyyələrlə mükafatlandırmaq məhz buna hesablanmış yumşaq təzyiq mexanizmləridir. Nəticədə, həmin asılı vəziyyətə salınmış yaradıcı şəxslər öz yaradıcılıqlarında ancaq bəlli, “icazəli” mövzularda əsərlər yaza bilirlər, əks təqdirdə, onları ən yaxşı halda maddi məhrumiyyətlər gözləyir. Yalnız icazəli mövzuları qələmə almaq isə, şübhəsiz ki, dilin leksik, üslubu və s. geniş imkanlarından çərçivələnmiş səviyyədə istifadə olunmasına gətirib çıxarır.
Sayfa 305 - Müəllif: Ramin Allahverdi
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.