Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
7/10 puan verdi
·
4 günde okudu
Nəhayət gün ərzində fransız yazıçısı Guillaume Mussonun " Çünki səni sevirəm" romanını bitirdim. Roman tək kəlimə ilə möhtəşəmdir. Sadəcə romanın adını əsərdəki hadisələrlə əlaqələndirənmədim. Romanın əvvəlində Markın həyatına,acısına üzüldüm. Laylanın itməsini Nikolla əlaqələndirirdim. Hətta Nikolla Konnorun gizli münasibəti olduğunu da düşünürdüm. Bir ata düşünün... 5 il boyunca qızına həsrət bir ata.. Nə olursa olsun, ümidini üzməyən,qızının yaşadığına inanan, qəlbinin dərinliklərində bunu hiss edən bir ata... Konnor və Mark. Ömür boyu birlikdə. Onlar bədbəxtliklərə, insan fəlakətlərinə qarşı birlikdə mübarizə aparan möhtəşəm bir cütlüyə çevrilmişdilər. Hər iki dost ömürlərində birinci dəfə olaraq həyatın təkcə əzablardan və tənhalıqdan ibarət olmadığını anlamışdı. Kitab hədsiz dərəcədə maraqlıdır. Hadisələrin gedişatı o qədər həyəcanlı verilibki.. Görəsən, Layla bu vaxta qədər harada idi? Onun danışmaması həqiqətən Mark Heteueyin düşündüyü kimi mutizm problemi idimi? Yoxsa... Nikol niyə 5 ildən sonra qızını görməyə getmədi? Onun Mark Heteueyine demədiyi, amma Frenkin sezdiyi o sirr nə idi? Görəsən Doktor Konnorun qarşıladığı 15 yaşlı gənc qızın bu hadisə ilə bağlı əlaqəsi varmı? Evinin öldürmək istədiyi adam kimdir? Onda bu qisas hissinin yaranmasına səbəb nədir? Konnorun Evini özünə bənzətməsinə başqa səbəb varmı, görəsən? Kitabın sonunun necə bitməsi isə oxuculara sürpriz olsun
Çünki səni sevirəm
Çünki səni sevirəmGuillaume Musso · Qanun Neşriyyat evi · 2021123 okunma
·
64 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.