Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Afsana Eminova

Afsana Eminova
@echtpscyo
Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.
Azərbaycan dili və ədəbiyyatı müəllimi
ADPU- Şəki
Qəbələ
Qəbələ, 26 Ağustos 2004
21 okur puanı
Şubat 2022 tarihinde katıldı
320 syf.
·
Puan vermedi
Görünməyən İzlər
Görünməyən İzlərElxan Elatlı
8.2/10 · 440 okunma
Reklam
768 syf.
·
Puan vermedi
·
32 günde okudu
Səfillər
SəfillərVictor Hugo
9.3/10 · 87,2bin okunma
Afsana Eminova
@echtpscyo·2024 okuma hedefini ekledi.
2024 OKUMA HEDEFİ
2/20 kitap - %10 tamamlandı
2 kitap okudu
20 kitap
1.088 sayfa
0 inceleme
0 alıntı
14 günde 1 kitap okumalı.

Okur Takip Önerileri

Tümünü Gör
Afsana Eminova
@echtpscyo·Bir kitabı yarım bıraktı
Biz
BizDavid Nicholls
6.5/10 · 30 okunma
336 syf.
7/10 puan verdi
·
4 günde okudu
Nəhayət gün ərzində fransız yazıçısı Guillaume Mussonun " Çünki səni sevirəm" romanını bitirdim. Roman tək kəlimə ilə möhtəşəmdir. Sadəcə romanın adını əsərdəki hadisələrlə əlaqələndirənmədim. Romanın əvvəlində Markın həyatına,acısına üzüldüm. Laylanın itməsini Nikolla əlaqələndirirdim. Hətta Nikolla Konnorun gizli münasibəti olduğunu da düşünürdüm. Bir ata düşünün... 5 il boyunca qızına həsrət bir ata.. Nə olursa olsun, ümidini üzməyən,qızının yaşadığına inanan, qəlbinin dərinliklərində bunu hiss edən bir ata... Konnor və Mark. Ömür boyu birlikdə. Onlar bədbəxtliklərə, insan fəlakətlərinə qarşı birlikdə mübarizə aparan möhtəşəm bir cütlüyə çevrilmişdilər. Hər iki dost ömürlərində birinci dəfə olaraq həyatın təkcə əzablardan və tənhalıqdan ibarət olmadığını anlamışdı. Kitab hədsiz dərəcədə maraqlıdır. Hadisələrin gedişatı o qədər həyəcanlı verilibki.. Görəsən, Layla bu vaxta qədər harada idi? Onun danışmaması həqiqətən Mark Heteueyin düşündüyü kimi mutizm problemi idimi? Yoxsa... Nikol niyə 5 ildən sonra qızını görməyə getmədi? Onun Mark Heteueyine demədiyi, amma Frenkin sezdiyi o sirr nə idi? Görəsən Doktor Konnorun qarşıladığı 15 yaşlı gənc qızın bu hadisə ilə bağlı əlaqəsi varmı? Evinin öldürmək istədiyi adam kimdir? Onda bu qisas hissinin yaranmasına səbəb nədir? Konnorun Evini özünə bənzətməsinə başqa səbəb varmı, görəsən? Kitabın sonunun necə bitməsi isə oxuculara sürpriz olsun
Çünki səni sevirəm
Çünki səni sevirəmGuillaume Musso · Qanun Neşriyyat evi · 2021123 okunma
Reklam
" Qorxu insanın qəlbində hər zaman olacaq. İnsan daxilindəki çox şeyi məhv edə bilər: sevgini, etibarı, nifrəti, hətta şübhəni də. Ancaq həyatın dəyərini anlayan insan heç vaxt daxilindəki qorxunu məhv etməyə qadir deyil. "
Sayfa 292Kitabı okudu
" Əgər hara getdiyini bilmirsənsə, heç olmasa haradan gəldiyini xatırla."
Sayfa 277Kitabı okudu
" Nə olur, olsun keçmişinizin əsirinə çevrilməyin. "
Sayfa 274Kitabı okudu
" Gələcək keçmişimizə çevrilən indiki zamandır. "
Sayfa 273Kitabı okudu
" Həyatın ən gözəl çağları bu sözləri deməklə keçir: " hələ çox tezdir"," artıq çox gecdir". "
Sayfa 221Kitabı okudu
Reklam
" Biz qoza bənzəyirik, içimizdə nə olduğunu öyrənmək üçün bizi sındırmaq lazımdır. "
Sayfa 201Kitabı okudu
" Həyat bizi bəzən elə çıxılmaz vəziyyətə salır ki, biz bu vəziyyətdən yalnız hər zaman qoruduğumuz, müdafiə etdiyimiz dəyərlərə xəyanət edərək çıxa bilirik. "
Sayfa 153Kitabı okudu
" Hər şeyin təməli uşaqlıqda qoyulur. Biz sözləri deyil, sözlər bizi ifadə edir. "
Sayfa 116Kitabı okudu
" İnsan hər zaman özünü güclü olmağa məcbur etməməlidir, əks təqdirdə o, tədricən bütün hisslərini itirə bilər... Qəlbimiz buza çevrildiyində isə biz ayaq üstə gəzişən ölüdən başqa bir şey deyilik. Məhz o an həyat bizim üçün bütün gözəlliyini və şirinliyini itirər. "
Sayfa 113Kitabı okudu
42 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.