Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Afsana Eminova

Afsana Eminova
@echtpscyo
Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.
Azərbaycan dili və ədəbiyyatı müəllimi
ADPU- Şəki
Qəbələ
Qəbələ, 26 Ağustos 2004
21 okur puanı
Şubat 2022 tarihinde katıldı
336 syf.
7/10 puan verdi
·
4 günde okudu
Nəhayət gün ərzində fransız yazıçısı Guillaume Mussonun " Çünki səni sevirəm" romanını bitirdim. Roman tək kəlimə ilə möhtəşəmdir. Sadəcə romanın adını əsərdəki hadisələrlə əlaqələndirənmədim. Romanın əvvəlində Markın həyatına,acısına üzüldüm. Laylanın itməsini Nikolla əlaqələndirirdim. Hətta Nikolla Konnorun gizli münasibəti olduğunu da düşünürdüm. Bir ata düşünün... 5 il boyunca qızına həsrət bir ata.. Nə olursa olsun, ümidini üzməyən,qızının yaşadığına inanan, qəlbinin dərinliklərində bunu hiss edən bir ata... Konnor və Mark. Ömür boyu birlikdə. Onlar bədbəxtliklərə, insan fəlakətlərinə qarşı birlikdə mübarizə aparan möhtəşəm bir cütlüyə çevrilmişdilər. Hər iki dost ömürlərində birinci dəfə olaraq həyatın təkcə əzablardan və tənhalıqdan ibarət olmadığını anlamışdı. Kitab hədsiz dərəcədə maraqlıdır. Hadisələrin gedişatı o qədər həyəcanlı verilibki.. Görəsən, Layla bu vaxta qədər harada idi? Onun danışmaması həqiqətən Mark Heteueyin düşündüyü kimi mutizm problemi idimi? Yoxsa... Nikol niyə 5 ildən sonra qızını görməyə getmədi? Onun Mark Heteueyine demədiyi, amma Frenkin sezdiyi o sirr nə idi? Görəsən Doktor Konnorun qarşıladığı 15 yaşlı gənc qızın bu hadisə ilə bağlı əlaqəsi varmı? Evinin öldürmək istədiyi adam kimdir? Onda bu qisas hissinin yaranmasına səbəb nədir? Konnorun Evini özünə bənzətməsinə başqa səbəb varmı, görəsən? Kitabın sonunun necə bitməsi isə oxuculara sürpriz olsun
Çünki səni sevirəm
Çünki səni sevirəmGuillaume Musso · Qanun Neşriyyat evi · 2021123 okunma
Reklam
208 syf.
·
Puan vermedi
·
6 saatte okudu
Uilyam Şekspir- Hamlet
Uilyam Şekspir - Hamlet Əsər Hamletin qardaşını öldürüb hakimiyyəti ələ keçirən, həmçinin qardaşının həyat yoldaşı ilə evlənən Danimarkanın yeni kralı Klavdidən intiqam almasından bəhs edir. Əsər 5 pərdəli, dram janrındadır. Xidmət göstərən Bernado və Marselin meşədə "gəzən kölgə" görməsi ilə başlayır. Bu qismi mənə " Mayn Ridin
Hamlet
HamletWilliam Shakespeare · Qanun Nəşriyyatı · 045,2bin okunma
332 syf.
·
Puan vermedi
Elxan Elatlı "Uğursuz gecə"
Sonda sizə sual səsləndirmişəm)Hər kəsə salam. Ümid edirəm ki, yaxşısınız Uzun zaman sonra dəyişiklik edərək yolumu Elxan Elatlıdan saldım. Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma