Gönderi

208 syf.
·
Puan vermedi
·
6 saatte okudu
Uilyam Şekspir- Hamlet
Uilyam Şekspir - Hamlet Əsər Hamletin qardaşını öldürüb hakimiyyəti ələ keçirən, həmçinin qardaşının həyat yoldaşı ilə evlənən Danimarkanın yeni kralı Klavdidən intiqam almasından bəhs edir. Əsər 5 pərdəli, dram janrındadır. Xidmət göstərən Bernado və Marselin meşədə "gəzən kölgə" görməsi ilə başlayır. Bu qismi mənə " Mayn Ridin " Başsız atlı" əsərini xatırlatdı. Hamletin dostu Horatsio bu hadisəyə inanmır,lakin gözü ilə şahid olduqdan sonra qərara gəlir ki, bu hadisəni prins Hamletə bildirsin. Həmçinin əsərin süjet xətti boyu ən sadiq dostluğun bariz nümunəsi kimi Horatsionu göstərmək olar. Hamlet gəlir, kölgə ilə rastlaşır. Yaxınlaşdıqda mərhum atasının qiyafətində olan ruhu görür və onunla söhbət etməyə çalışır. Bu zaman kölgə onu yanına çağırır,amma dostları Hamletin irəliyə getməsindən çəkinirlər və ona mane olmağa çalışırlar. Onlara qulaq asmayan Hamlet kölgənin arxasınca gedir. Atasının ruhu olan bu kölgə öz ölümünün adi ölüm kimi yox, qətl kimi təsvir edir, qardaşından intiqam almasını istəyir. Hamlet bu məsələnin gizli qalması üçün dostlarına and içdirir. Norveç şahzadəsi Fortinbras Danimarkaya hücum etmək istəyir,lakin danışıqlar nəticəsində bu həll olunur. Polşaya hücum etdikdə Fortinbras Danimarkanın ərazisindən keçir. Hamlet Poloninin qızı Ofelyaya dərin məhəbbətini bildirir, ona məktublar yazır. Bu məsələdən xəbər tutan atası buna reaksiyası yaxşı olmur. Hamletdən uzaqlaşmasını istəyir. Atasının intiqamını alması üçün Hamlet özünü dəliliyə vurur. Kral və kraliça bunun səbəbini öyrənmək üçün Hamletin keçmiş universitet yoldaşlarını, həmçinin Ofeliya ilə ani görüşünü təşkil edirlər. Poloni, Rozenkrants, Qildenstern yaltaq obrazladır. Hamletin qarşısına aktyorlar çıxır və onlardan tamaşa göstərməsini istəyir. Bu zaman özünün təxəyyülündəki hissəni əlavə etdirir. Kral, kraliça, Ofeliya,Hamlet,Poloni və digərləri tamaşaya baxarkən kral narahat olur və tamaşanın dayanmasını əmr edir. Daha sonra kraliça Hamleti otağına çağırır. Bu zaman xəlvətcə söhbəti dinləyən Poloni Hamlet tərəfindən bilmədən öldürülür. Kral öz mənafeyini qorumaq üçün Hamleti İngiltərəyə göndərir və məktub yazır ki orada onun başını kəssinlər. Daha sonra Hamlet quldurların əlinə düşür və Danimarkaya qayıdır. Ofeliya atasının ölümünə görə dəli olur,suda boğularaq ölür. Qardaşı Laert isə atasının intiqamını almaq istəyir. Bu zaman kralla əlbir olur,ona zəhər verir. Laertlə Hamlet döyüşür. Kral qədəhə zəhər qatır, həmçinin Laert qılıncına zəhər sürtür. Kraliça Hamletin qələbəsinə sevinir və qədəhi içir. Zəhərlənərək ölür. Laertlə Hamlet bir-biriləriniyaralayır və ölürlər. Hamlet ölərkən taxt- taca Fortinbrasın keçməsini istəyir. Əsərdə həm nəzmlə, həm də nəsrlə hissələr var. Əsərin dili anlaşıqlı və sadədir. Nəzmlə olan hissələrdə qafiyə əksər hallarda özünü göstərmir. Əsərdə Odrik obrazı kimi başqa obrazlarda vardır ki, onlarda yaltaqdır. Hamlet Odrikə buyurur ki, şlyapasını başına qoysun ,çünki hava istidir. Bununla razılaşır. Hamlet daha sonra deyir hava soyuqdur, deyir ki soyuqdur. Hamlet Ofeliya ilə görüşəndə ona sevmədiyini deyir. Lakin əvvəllər ona sevgi məktubları yazırdı. Hamletin Ofeliyaya olan münasibətinə ziddiyətlə yanaşdım. Oxumağı tövsiyə edirəm
Hamlet
HamletWilliam Shakespeare · Qanun Nəşriyyatı · 045,4bin okunma
·
111 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.