Gönderi

Analara xitab
Əziz analar! Evladınızın gözlərin/in için/ə baxın! * Uşağı əmizdirərkən onun gözlərinə baxın. Və beləcə onunla duyğusal bağ qurun. Sinənizi uşağa verib duyğunuzu başqa yerə (məsələn sosyal medyaya) axıtmayın. * Uşaqla oynayarkən onun gözlərinə baxın. Onu yola verməyin. Ciddi ciddi onunla oynayın. * Uşaqla dialoq qurarkən onun göz səviyyəsinə enin və onu ciddiyyətlə dinləyin. Ona uşaqdır qanmaz rəftarı etməyin. Onlar da (kiçik) insandırlar. Uşaqlarla onların anlayacağı şəkildə dialoq qurun. Onlara (həm düşüncə, həm də məsafə olaraq) üstdən baxmayın. * Siz məşğul ikən sizə müraciət edərsə, işinizi saxlayın və bütün varlığınızla ona yönəlin. Gözünün içinə baxaraq onu dinləyin. Əgər işiniz çox vacibdirsə, bunu da həmin üslubla ona izah edin. * Uşağa hirsləndiyiniz zaman da onun məsum gözlərinə baxın və etdiyini bilərək etmədiyini uşaq olduğu üçün etdiyini anlayın. Bir tələbəm problemini ərzetmək üçün yazdığı məktubunda belə demişdi "Mənim gözümə bir adam vəya bir uşaq pis, iyrənc görünəndə gözlərinə baxıram. Şübhəsiz gözlər qapaqları sayəsində qorunur və çox gözəldir." * Uşağı yatırarkən də yatsın və başım sakit olsun deyə düşünməyin. Yatırarkən də, gözlərinin içinə baxıb onunla bağ qurun. Əlinə şüşəni verib yola verməyin. Bütün bunları və daha neçəsini edərək uşağa dəyər verin, dəyərli olduğunu ona hissetdirin ki, sizə möhtac olmadığı vaxt o da sizə dəyər versin. Məhəbbətlə sizin gözünüzün içinə baxaraq sizinlə əlaqə saxlasın. Sizi yola verməsin. Qeyd: Uşaq mənəvi olaraq daima valideynlərinə möhtacdır. Ancaq bu ehtiyac valideyn tərəfindən qarşılanmadıqda uşaq onu qarşılamaq üçün başqa məcralara yönələr.
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.