Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

116 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
"Qara Pişik" - Edqar Allan Po "Qara Pişik"i oxuyub bitirdikdən sonra kitabın dəhşətli, həmçinin dəhşətli dərəcədə maraqlı olduğunu düşündüm. Nə də olsa, insanlar dəhşətə, qətlə meyllidir, Ponun da dediyi kimi. Bu hekayədə Ponun xəyal gücünün sərhəd tanımadığına bir daha şahid oldum. (Qeyd.ulduzladığım hissədə nisbətən spoiler ola bilər) Hekayədə bir ailədən bəhs olunur (ər, arvad), hansı ki, heyvanları çox sevən və bir çox ev heyvanına sahib olan ailə. Ancaq bir gün qadının həyat yoldaşı əyyaşlığın doğurduğu səbəblərdən dolayı öz ev heyvanlarına ikrah hissi ilə yanaşır, **onları istismar edir və qəddarlığa əl atır. Qara Pişik isə onun ən sevdiyi ev heyvanıdır. Ona isə toxunmur. Hələlik...** Bu qısa hekayənin bizə, oxucularına anlatmaq istədiyi fikir, elə başda da qeyd etdiyim kimi insanların, insan təbiətinin qəddarlığa, qətliamlara, əziyyətə və qana olan meyli, sonsuz marağıdır. Podan oxuduğum ikinci əsər olaraq bu əsərdə də yazıçımız ön sözdə bir fikir irəli sürür, iddia edir və bunu öz hekayəsi ilə sübuta yetirir. İstər qısalığından, istərsə də axıcılıq və həyəcanlı səhnələrindən hədsiz bəyənəcəyiniz və əlinizdəb yerə qoya bilməyib, bir oturuşda bitirəcəyiniz bir hekayədir. Ancaq yenə təsvirlərin azlığından şikayətlənirəm :)
Kara Kedi
Kara Kedi
Edgar Allan Poe
Edgar Allan Poe
Kara Kedi
Kara KediEdgar Allan Poe · Kolektif Kitap · 20122,139 okunma
·
593 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.