Gönderi

144 syf.
10/10 puan verdi
·
20 saatte okudu
Çətin və böyük olandan başla
- Qalileo Qaliley: Kiməsə əvvəllər bilmədiyi bir şeyi öyrədə bilməzsən, onu ancaq artıq bildiyi bir şeydən xəbərdar edə bilərsən. - Uğurlu olmaq, uğurlu insanlardan bunu necə etdiklərini soruşmaq və eyni şeyi nəticə əldə edənədək təkrarlamaqdır. - 1 Mərhələ: Tam olaraq nə istədiyinə qərar ver. Uğur nərdivanını qalxmazdan əvvəl onun düzgün binaya söykəndiyinə əmin olun. - 2 Mərhələ: Planlarını kağıza yaz, kağıza yazdığın zaman o planları artıq yarısını reallaşdırmış olarsan, beynində canlandır. Yazılmayan bir hədəf, plan arzudan və fantaziyadan başqa bir şey deyil, enerjisi yoxdur. Yazılmayan hədəflər beyində bulanıqlığa, bilinməzliyə, yanlış istiqamətə və fərqli səhvlərə yol açar. - 3 Mərhələ: Hədəfinə vaxt qoy, son günü olmayan hədəfin məqsədi, səbəbi olmaz. - 4 Mərhələ: Hədəfinə çatmaq üçün lazım olan bütün şeylərin siyahısını yaz. Ağlına yeni fikirlər gələndə onlarıda siyahıya əlavə et və bu siyahınıdaki bütün işləri görənə qədər davam et. Bu siyahı sizin xəritəniz olacaq. - 5 Mərhələ: Siyahını plan halına gətir. Hansını birinci hansını sonuncu edəcəyini planlaşdır və buna şəkillər əlavə et, cədvəl qur. - 6 Mərhələ: Planı vaxt itirmədən həyata keçir. Uğur əldə etmək üçün hərəkət et. - 7 Mərhələ: Hər gün sizi ana planınıza aparacaq işlər görün, hədəfinizi günlük planlar ilə həyata keçir. Hər gün 1 səhifə kitab oxu, hər gün yeni bir xarici dildə söz öyrən bu disiplini özündə formalaşdır. Hədəfini nə qədər çox düşünsən o qədər motivə olacaqsan. - Plan qurmaq gələcəyi bu günə gətirməkdir. - Önəmli işin ən çətin tərəfi o işə başlamaqdır. - Uğurlu insanlar 5, 10 hətta 25 il sonrasını planlaşdırırlar. Gündəlik işlərini buna uyğun planlaşdırırlar. Bir işə başlamazdan əvvəl özünə bu sualı verməlisən. Bu işi etməyin potensial nəticələri nələrdir? Uğursuz insanlar qısa vədəli düşünürlər və uzun vədəli planları boş verirlər. Gələcək planlarınız şəxsi inkişaf üçün hər hansı bir kurs, kitab və ya seminar ola bilər. Dostlarınla keçirdiyin boş vaxt, oxumadığın hər gün qısa vədədə əyləncəlidir, ancaq nəticədə sənə yerində saymağa və uğursuqluq gətirər. Özünüzü bir işə fokuslayın və o işi bitirənə qədər o məqsədə çatana qədər dayanmayın. - Sizə qısa vədədə ən çox yararlı olacaq kurs, dərs, seminar və s. seçin və onun planını qurun, həmin planı vaxt itirmədən yerinə yetiriləcəklər siyahınıza əlavə edin. - Goethe: Sadəcə başlayın, beyniniz getdikcə buna öyrəşəcək, davam edin, işlər tamamlanacaqdır. - İşinizdə yaxşıya getmirsənsə, demək ki, pisə gedirsiniz. Sizə lazım olan hər şeyi öyrənə bilərsən, işinizlə bağlı kitab oxuyun. Nə qədər çox şey bilsən o qədər motivasiyan olar. İşinizdə ən yaxşısı olana qədər o işlə əlaqəli hər şeyi öyrənin dayanmadan öyrənin. - Ən sevdiyin işi tap, başqalarının çətinliklə etdiyi sənin isə asanlıqla eləsiyin şey nədir? İşləməyə ehtiyacın olmasa nə işlə məşğul olarsan. Həmin o işi tap və vaxt itirmədən başla - Bütün insanlar kimsə gəlsin mənə olmaq istədiyim adam olmaq üçün mativasiya versin deyə gözləyir, ancaq özün bunu etməsən kimsə sənə etməyəcək. Bu adamlar avtobus keçməyən yerdə avtobus gözləyənlərdir. İnsanlar sadəcə 100-də 2-si yoxlama olmadan işləyə bilirlər, bu adamlara biz lider deyirik. Etməniz lazım olan özünüz özünüzü işə motivasiya etməkdir, kiminsə etməsini gözləmə, kimdənsə kömək gözləmə. Düşünün son 1 ayınız qalıb və 1 ay sonra tətilə getməlisiniz ən vacib işləriniz nə olacaq? Bu işlərinizi son günə buraxmayın vaxtında həll edin. Buna vaxt ayırın. - Ən çox nə düşünsən o olarsan.
Eat That Frog
Eat That FrogBrian Tracy · Berrett- Koehler · 20071,093 okunma
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.