Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

398 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Wulf Dorn
Wulf Dorn
Şizofren
Şizofren
Jan kiçik yaşlarında olarkən bir çox dəhşətli olayın şahidi olur: qardaşının itməsi, ata və anasının faciəvi şəkildə ölümü. Bütün bu hadisələr Janın gələcək həyatına təsirsiz ötüşmür. İllər keçir ,Jan psixiatr kimi fəaliyyət göstərən bir doktora çevrilir. Yenidən uşaqlığını yaşadığı məkana qayıtması, qardaşı Sven ilə bağlı bir çox məsələnin yenidən gündəmə gəlməsinə səbəb olur. Jan beynindəki sualların cavabını tapa biləcəkmi? Jan bütün olayların səbəbinin nə olduğunu aşkar edə biləcəkmi? Bütün bu suallar Janın axtarışlarına səbəb olur.Jan yenidən bir çox insanın dəhşətli şəkildə ölümünün şahidinə çevrilir. Bütün bu ölümlərin Sven ilə nə bağlılığı olduğu isə sonda aşkara çıxacaqdır. Kitabı çox bəyəndim. Belə janrda yazılmış əsərləri həmişə maraqla oxumuşam. Kitabın sonuna çatmayınca günahkarın kimliyini təxmin edə bilməzsiniz. Sonda belə bir nəticə çıxardım, "heç bir yaxşılıq səbəbsiz deyildir."
Şizofren
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20165,4bin okunma
··
2 artı 1'leme
·
1.240 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.