Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

83 syf.
·
Puan vermedi
Stefan Zweig - "Şahmat" “İnsan sabahdan axşama qədər bir şey olmağını gözləyər və heç bir şey olmaz. İnadla gözləyər insan. Heç bir şey olmaz. İnsan gözləyər, gözləyər, gözləyər, gicgahları sızıldayana qədər düşünər, düşünər, düşünər. Heç bir şey olmaz. İnsan yalnız qalar. Yalnız… Yalnız…” Psixoloji janrda şedevrlərdən hesab olunan “Şahmat” əsəri alman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. Psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsər təsiri bağışlayan “Şahmat” eyni zamanda da fərqli dünyaların qapısını üzümüzə açır. Sveyq həyata vida etmədən öncə dünya ədəbiyyatına “Şahmat” kimi bir miras bəxş elədi.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020237,3bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.