Gönderi

56 syf.
9/10 puan verdi
Səməd Behrəngi və onun ''Balaca Qara Balıq'' əsəri iləs uzun illər idi ki tanışam lakin təəssüf ki hələ də ''Balaca Qara Balığı''oxumaq nəsib olmayıb.Hər nə qədər onun ən çox tanınan əsərini hələki oxumasam da Behrənginin ''Bir Şaftalı Min Şaftalı'' kitabı ilə tanış olub qısa bir zaman içərisində oxuyub bitirdim. Əvvəlcə ordan başlamaq lazımdır ki dövrümüz Behrəngini uşaq ədəbiyyatı müəllifi kimi tanıyır və yenə təəssüflər olsun ki kitablarının üz qabığını müxtəlif cür uşaq şəkilləri ilə tirajlayıb (bütün dünyada) onu qeyri ciddi ədəbiyyat kimi zehinlerdə canlanmasına özləri də bilmədən səbəbiyət verirlər.Düzdür Səməd Behrənginin özü də əsasən ''ağ kağızlara'' istiqamətlənib , onların düzgün bir insan kimi formalaşması üçün yazıb , yaradıb lakin yenədə şəxsən məncə Behrəngini anlamaq daha ciddi və təcrübəli bir mütailə tələb edir. Bir Şaftalı Min Şaftalı əsərində müəllif dövrünün problemləri ilə anlatmaq istədiklərini metaforlar ilə bizə göstərir.Behrəngi əsərdə torpaq reformunu tənqid edir.Torpağı kim əkirsə torpağın məhsulu da onundur düşüncəsini oxucuya çatdırır.Kapitalist iqtisadiyyatın insan yaşamı ilə olan tutuşmazlığını və sinif fərqliliyini də yenə bir şaftalının dili ilə ifadə edir.Şaftalının ''kaş məni bir kasıb uşaq yesə'' arzusu əsərin məncə çox önəmli nöqtələrindən biridir.Bundan başqa yenə müəllif bəzi yerlərdə sosiolojik göndərmələr edib.Fikrimi gücləndirəcək hissənin isə aşağıya əlavə edirəm: ''Kimi bitkilerden daha uzundum , ama şifalı ot çalıları benden çok daha uzundu.Ne kadar çabuk büyüdüklerini gördükce şaşırıyordum.Başlangışta bir kaç gün içinde badem ağacından bile daha yüksek olacaklarını düşündüm.Sonra , güçlü damarlardan yoksun olduklarını , toprağın içinde güçlü kökleri olmadığını fark ettim , kendi kendime çalıların çok yakında kuruyup öleceklerini söyledim'' Bu hissədə bir oxucu kimi inanılmaz zəngin metaforaların olduğunu düşünürəm.Sürətlə böyüyən ''otlar'' , ''yenilikçi'' və təməlsiz yuxardan düşmə düşüncə və tərzlərdir hansı ki bizə elə gəlir ki artıq gələcək bu cür olacaq və keçmişdən nəsə qalayacaq lakin bir hissədən sonra görürük ki yox əslində elə deyil zehinlərdə güclü yer tapmaq üçün köklərin möhkəm olması lazımdır.Burdaki kökü öz mədəni və milli dəyərlərinə olan bağlılıq anlamında mən düşünməyi seçdim.Yəni Behrəngi həm də deyir ki böyümək və bunu davamlı hala salmaq üçün güclü köklərə ehtiyac var və ya təməliniz mütləq möhkəm olmalıdır.Əlavətən bizim şaftalı ağacımız kapitalistə etiraz edərək meyvə verməkdən imtina edir.Min şaftalı verəcək ağac bir şaftalı verir və bağbana olan etirazı ilə ömrünü yaşayır.Bu da oxucunun anlaması lazım kuliminasiya nöqtələrindən biridir deyə düşünürəm. Sadəcə özüm üçün yazdığım bu təhlilimi sonuna gəldikdə qeyd etmək istərəm ki bunlar sadəcə mənim çıxardığım nəticələrdir hər kəs fərqli anlaya bilər mən bu təhlili sadəcə özüm üçün , illər sonra unutmamaq üçün həm də yenə illər keçdikdən sonra kitab haqqındaki bilgilərimi yeniləmək və ya təkrar etmək üçün yazıram.Bu qədər. Uca Allah Səməd Behrəngininin ruhuna rəhmət etsin.Yaxşı ki bu dünyada bir Səməd Behrəngi yaşayıb.
Bir Şeftali Bin Şeftali
Bir Şeftali Bin ŞeftaliSamed Behrengi · Can Çocuk Yayınları · 20238,5bin okunma
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.