Gönderi

Sol qolunda yanıq izi olan mən)
Mənim sol əlimdə yanıq yeri var, O mənə töhfədir körpəliyimdən. Odun odluğundan xəbərsiz vaxtlar əlimi manqalda yandırmışam mən. Mənə "cız" dedilər, Ancaq qorxmadım. əlimi yandırıb tanıdım odu. Mənim həyat ilə ilk tanışlığım əlimi yandıran oddan başladı... Oxşadı gözümü hələ uşaqkən Ocağın al-əlvan alovu, közü Dünyaya gələli, bilmirəm nədən Nəyə vurulduqsa, yandırdı bizi... Mən oddan qorxmadım yanana qədər; Mən qorxu bilmədim qanana qədər. Elə ki, yandım, Odla oynamaqdan qorxdum, dayandım. Başlandı qorxu- Başlandı ehtiyat- Başlandı həyat...
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
·
98 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.