Gönderi

·
Puan vermedi
Ramiz Rövşən
Boşaldı dünyanın sən olan yeri… Dünyanın sən olan yerindən indi Tozlana-tozlana maşınlar keçir, Nazlana-nazlana xanımlar keçir, Cavanlar keçir tüpürüb siqaret kötüklərini. Dünyanın sən olan yerindən ancaq mən keçə bilmərəm. Baş alıb qaçaram gecələr ilə, Uzun yollar ilə, küçələr ilə, Dünyanın sən olan yerindən elə baş alıb qaçaram, qaça bilmərəm. Yenə də, açılar səhər qəfildən, yenə də, sökülər qızıl dan yeri. Bütün yer üzünün hər tərəfindən görünər dünyanın sən olan yeri. Dünyanın sən olan yerinə bir gün yağış yağacaq. Gecə köynəyində, ürkək-utancaq, çıxarsan eşiyə, gözlərsən məni, üşüyə-üşüyə gözlərsən məni. Qoşulub ağlarsan yağan yağışa, Əlimdən nə gələr?.. Məni bağışla!.. …Nə sən kiriyirsən, nə yağış kəsir, yağışa qarışıb axarsan, kiri. Ağlaya-ağlaya bu yaz gecəsi əriyib yağışa çıxarsan, kiri. Baxdıqca qorxuram yağan yağışa, Ağlaya bilmirəm… Məni bağışla!..
Nəfəs
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006140 okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.