Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Zolaqlı Pijamalı Oğlan
Salam, - Bruno dedi. Salam, - oğlan cavab verdi O, Brunodan kiçik görünürdü, atılmış, yazıq görkəmindəydi. Hasarın o tayında olan digərləri kimi əyninə zolaqlı pijama geymişdi, bașına da zolaqhı parça kepka taxmışdı. Ayağında nə ayaqqabı, nə corab vardi, ayaqlarısa çox çirkliydi. Qoluna üstündə ulduz olan qolbaq - lent taxılmışdı Bruno oğlana yaxınlaşanda o, ayaqlarını çarpaz qatlayıb yerdə oturmuşdu. Başını qaldırıb Brunoya baxanda sifəti göründü. Çox qəribə görünüşü vardı. Dərisi boz rəngdəydi, belə boz rəngi Bruno ilk dəfə görürdü iri gözləri karamel rəngindəydi, ağ hissəsi cox ağ idi və Bruno oğlan ona baxanda özünə tuşlanmış böyük kədərli gözləri tam aydın gördü. Bruno əmindi ki, həyatda heç vaxt belə ariq və kədərli oğlan görməyib
Sayfa 108 - Kəşfiyatçı BrunoKitabı okudu
·
156 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.