Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Burada hər addımda bəsit, adi də olsa, özünə görə müdrik, hətta ədalətli bir ölüm gizlənirdi. Yarpaqlar ağaclardan tökülüb, torpaqla çürüyür, ağır ayı pəncəsi altında budaqlar, kollar sınıb quruyur, otlar marallara, maralların özü isə canavar sürüsünə yem olurdu. Ölüm həyatla sıx, ayrılmaz şəkildə kəsişdiyindən qorxulu deyildi. Hətta meşədə həmişə həyat qalib gəlirdi. Payızda püskürən torflu yanğınlara qışın nə qədər sərt və soyuq keçməsinə, ac yırtıcıların hər necə azğınlaşmasına baxmayaraq, Züleyxa baharın yenidən gələcəyinə, ağacların tər yaşıllığa boyanacağına, ipək otların ölmüş, yanmış torpaqda cücərəcəyinə, heyvanların artıb çoxalacağına əmindi. Bu üzdən də ovçuluq etməsini qatillik sanmırdı. Əksinə, özünü o böyük və güclü aləmin bir parçası, yaşıl iynəyarpaqlılar ümmanının bir damlası hesab edirdi.
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.