Gönderi

·
Puan vermedi
Nə qədər ki, bəşəriyyət var, insanlar mövcuddur, despot rejimlər, totalitar dövlət nəzarəti, insanlar üzərində işgəncə yolu ilə hakimiyyətlərini bərqərar etmək də mövcud olacaq və insan azadlığı problemi öz əhəmiyyətini itirməyəcək. Yazıçı qəddar rejimin hökm sürdüyü xəyali Panem dövləti və bu dövlətdə vaxtı ilə baş vermiş olan böyük üsyanı və aclıq dönəmini xalqa xatırlatmaq üçün hər il düzənlənən aclıq oyunları vasitəsi ilə bir çox problemlərə toxunub. Mənim həyatda istəyim, cəmiyyətdə yerim nədir? Bərabərlik qorunurmu? Əsas da həyatımı özüm üçünmü yaşayıram, yoxsa başqalarının mənafeyi, rahatlığı və əyləncəsi üçünmü? "Aclıq oyunları"nda qələbə şöhrət və var-dövlət, hər kiçik səhvin belə gətirdiyi məğlubiyyət isə ölüm deməkdir... Paytaxt Kapitol adlanan varlı kəsimin yaşadığı şəhərdir. Orada insanları daha gənc və daha biçimli göstərmək üçün bir sıra əməliyyatlar aparılır. Halbuki bölgələrdə insanların çoxu həyata gənc yaşda vida etdiyi üçün yaşlanmaq uğur sayılır. Bölgələr öz təbii sərvətlərini öz pulları ilə alırlar, canları bahasına əldə edib paytaxta toplayırlar. Hələ bu azmış kimi sırf Kapitoldakı zəngin, elit təbəqədən insanlar əylənsinlər deyə bölgələrdən yığılma kasıb təbəqədən olan insanlar üzərində oynanılan oyundan bəhs edilir. Seçilənlər püşk əsasında müəyyən edilir. Püşkdə ad yazılması müqabilində isə kasıb bölgələrə ərzaq, yeyəcək məhsullar verirlər. Beləcə xalq oyunlardan asılı hala düşür. Burada püşkə adının yazılması bir növ onları aclıqdan qurtarır. Buna görə də adını dəfələrlə yazdırıb oyunlarda iştirak ehtimalını artıran minlərlə gənc var.. Yazını prezident Snounun sözü ilə bitirmək istərdim: "...Ümid yaxşıdır, az miqdarda olan ümid bizə yetər, amma çoxu təhlükədir."
The Hunger Games
The Hunger GamesSuzanne Collins · Scholastic Press · 201028,9bin okunma
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.