Mənim yerim nə səhradı, nə də dağ,
Sənsiz açan nə çiçəyəm, nə yarpaq,
Görürsənmi, nə çətindir barışmaq?
Dövranını
Başqa eldə sürürsən.
Ağlamasan göz yaşından göz yanar,
Danışmasan dodaqlarda söz yanar,
Kim deyir ki: "Harda olsa köz yanar?"
Onu yalnız
Sevən qəlbdə görərsən...