Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yetər, sona yetər bu varlıq, həyat. Ey ustad, Arzusun eşit şairin! Vicdan imperiyası eylə cahanı. İşıqlı zəkanla, ulu dühanla. Döndər sən behiştə, döndər dünyanı. Qoy qəlbi, elmiylə fərqlənsin insan! Qardaşlıq, sədaqət, Bir də məhəbbət Bayrağı altında birləşsin cahan! Əlim ətəyinə, ey böyük ustad, Qəhər boğur məni, acı bir qəhər, Nələr görməmişəm, dünyada nələr? İnsan yarasına məlhəm et, məlhəm Sən öz tapıntını, sən öz dühanı. Bu daş ürəklərin, bu namərdlərin Felindən xilas et, qoru dünyanı! Nə milli fərq olsun, Nə də irqi fərq. Din də ayrımasın qoy millətləri, Məhəbbət yaşatsın ulu bəşəri. İnsan ayrılmasın insanlığından, Bir bayraq altında birləşsin cahan.
Sayfa 387 - Zeka kitab evi/2016/KlassiklerimKitabı okudu
·
164 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.