Bir gün ağız qalır boş,
Bir gün dolu dad olur ,
Gün var ki, heç zad olmaz,
Gün var ki, hər zad olur .
Bəxtin dura, baxarsan,
Yadlar qohum-qardaşdı,
Amma bəxtin yatanda,
Qohum-qardaş yad olur .
Çalış adın gələndə
Rəhmət oxunsun sənə,
Dünyada səndən qalan
Axırda bir ad olur .
Gördün işin əyildi,
Durma, əkil, gözdən it,
Dostun görər darıxar,
Düşmən görər şad olur..